Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Sürüşmə zonasından köçürülənlərə kirayə pulu veriləcək [video]


Eldar Əzizov 163 saylı məktəbin qabağında. 25 yanvar, 2018
Eldar Əzizov 163 saylı məktəbin qabağında. 25 yanvar, 2018

“Dağ yamacının altında iki yeraltı çayın axdığı müəyyən edilib”.

Bu barədə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sürüşmə zonasının sakinləri ilə görüşündə deyilib.

E.Əzizov, bu gün, yanvarın 25-də Bayıl yamacındakı (Bakı Televiziya Qülləsinin yaxınlığında) sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub.

Buna da bax: Teleqüllə yaxınlığında əhalinin köçürülməsinə başlanıb

Xəbərə görə, görüşdə başçı bildirib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti qərar verib. Sürüşmə zonasından çıxarılan 80 ailəyə - 390 nəfərə müvəqqəti olaraq kirayə haqqı ödəniləcək.

E.Əzizov deyib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq.

Sürüşmə zonasındakı evlərdən birindəki zədələr
Sürüşmə zonasındakı evlərdən birindəki zədələr

Başçı həmçinin bildirib ki, əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.

Buna da bax: Sürüşmə zonasında yaşayanlar məktəblərə yerləşdirilib

«Teleqüllə» sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1,5 metr enində çatlar yarandığı bildirilir. Artıq, son bir ayda bununla bağlı ekspertlər bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.

Dünən, yanvarın 25-də isə ərazidən 80 ailə çıxarılaraq rayondakı məktəblərə yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirib ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Nazirlikdən həmçinin vurğulayıblar ki, hazırda sürüşmə aktivdir, çatlar artır.

Buna da bax: Ekspedisiya rəisi: 'Teleqüllənin uçmaq təhlükəsi yoxdur'

Ancaq nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Bakı Televiziya Qülləsi 20 metrlik monolit təməl üstündədir və buna görə onun uçmaq təhlükəsi yoxdur.

Sürüşən ərazidən ailələr məktəbə yerləşdirilir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG