Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 00:42

Teleqüllə yaxınlığında əhalinin köçürülməsinə başlanıb


Teleqüllə ətrafında sürüşmə zonası

Bu gün, yanvarın 24-də axşam saatlarında Bayıl yamacı, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlandığı bildirilir.

Bu barədə APA-ya Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra Hakimiyyətindən bildirilib ki, başqa yerdə gecələməyə imkanı olmayan sakinlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılmış müvəqqəti sığınacaqlara yerləşdirilir. Hazırda ərazi polis nəzarətindədir.

Buna da bax: 'Teleqüllə' sürüşmə sahəsi aktivləşib

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər.

Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

Xatırlatma

«Teleqüllə» sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb göstərilir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı bildirilir. Artıq son bir ayda bununla bağlı ekspertlər bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG