Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 21:15

Sürüşmə zonasında yaşayanlar məktəblərə yerləşdirilib


Torpaq sürüşməsi 15 ailəni təhlükəyə salır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Torpaq sürüşməsi 15 ailəni təhlükəyə salır

Dünən, yanvarın 24-də Bayıl yamacı, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Bunu APA-ya Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər.

İcra hakimiyyətindən deyildiyinə görə, başqa yerdə gecələməyə imkanı olmayan sakinlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılan müvəqqəti sığınacaqlara yerləşdirilir. Əksər sakinlərə 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib. Onlar qida və su ilə təmin olunub.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin ərazidə olub və sürüşmə sahəsinə baxış keçiriblər. Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

Xatırlatma

«Teleqüllə» sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb göstərilir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı bildirilir. Artıq son bir ayda bununla bağlı ekspertlər bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG