Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 23:12

Ekspedisiya rəisi: 'Teleqüllənin uçmaq təhlükəsi yoxdur'


Torpaq sürüşməsi 15 ailəni təhlükəyə salır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Torpaq sürüşməsi 15 ailəni təhlükəyə salır

«Teleqüllənin uçmaq təhlükəsi yoxdur».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

«Teleqüllə 20 metrlik monolit təməl üstündədir və buna görə onun uçmaq təhlükəsi yoxdur», -Ə.Qaralov əlavə edib.

O bildirib ki, yanvarın 24-də ərazidəki çatlar üzərində yeni mayaklar quraşdırılıb və yanvarın 25-də çatlarda artım qeydə alınıb. Onun deməsinə görə, sürüşmə sahəsi aktiv fazadadır, bu isə sürüşmə prosesinin davam etməsi deməkdir.

İcra hakimiyyəti: '80 ailə köçürülüb'

«Sürüşmə zonasından indiyə kimi 80 ailə köçürülüb. Ümumilikdə 390 sakin köçürülüb. Ərazidən əhalinin köçürülməsi onların təhlükəsizliyi ilə bağlıdır».

Bunu Səbail Rayon İcra Hakimiyyətindən bildiriblər. Oradan vurğulayıblar ki, köçürülməni fövqəladə hallarla ekologiya və təbii sərvətlər nazirlikləri müəyyən edir. Onlar isə bunu təmin edirlər.

İcra hakimiyyətindən deyiblər ki, artıq yanvarın 24-dən Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı həmin ərazidə yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Verilən məlumata görə, başqa yerdə gecələmək imkanı olmayan sakinlər rayon ərazisindəki idarə, təşkilat və müəssisələrdə yaradılan sığınacaqlara yerləşdirilir:

«Əksər sakinlərə 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib, qida və su ilə təmin ediliblər».

İcra Hakimiyyətindən bildirilib ki, hazırda ərazi polis nəzarətindədir.

Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzindən də deyiblər ki, sürüşmə zonasında quraşdırılan cihazlar oradakı bütün proseslərə reaksiya verir:

«Amma «Teleqüllə» üçün təhlükə olub-olmaması hələ məlum deyil. Belə ki, cihazlar hələlik torpaqdakı prosesləri qeydə alır. Bu siqnallar təhlil edilməlidir...».

Mərkəzdən vurğulayıblar ki, ən vacib məsələ sürüşmənin dəqiq nədən baş verməsini müəyyən etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə əvvəlki açıqlamalarına istinadən bildirib ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

Xatırlatma

«Teleqüllə» sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı bildirilir. Artıq son bir ayda bununla bağlı ekspertlər bir neçə dəfə narahatlıqlarını ifadə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG