Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:05

8 nəfərin özünü öldürmək istədiyi bildirilir


İp.

Yanvarın 16-sı və 17-də ölkə ərazisində azı 8 intihara cəhd olayının baş verdiyi bildirilir. Onlardan 5 nəfərinin öldüyü, qalan 3 nəfərin xilas edildiyi deyilir.

APA-nın xəbərinə görə, yanvarın 16-da Bakının Şüvəlan qəsəbəsində 61 yaşlı Rafiq Vəliyev özünü evində asıb. Onun borcu olması səbəbindən canına qıydığı deyilir.

Ağdamda isə 56 yaşlı qadının intihara əl atdığı söylənir. Ücoğlan kənd sakini Razidə Nəcəfovanın da asılmış meyiti aşkarlanıb.

Buna da bax:​ Özünü polis şöbəsinin 3-cü mərtəbəsindən atıb [yenilənib]

44 yaşlı Elşad Məmmədkərimovun isə Qusar rayonundakı mənzilində intihar etdiyi açıqlanıb.

Report xəbər verir ki, Salyanda Yenikənd sakini 34 yaşlı S. R isə sirkə turşusu içərək özünə qəsd etmək istəyib. Xəbər tutan doğmaları onu dərhal xəstəxanaya çatdıra biliblər. Onun durumunun orta-ağır olduğu bildirilir.

Bakıda isə 83 yaşlı Q.H-ın yaşadığı ünvanda özünün qarın nahiyəsinə bıçaqla xəsarətlər yetirdiyi deyilir. Onu da xəstəxanaya çatdırmaq mümkün olub.

Bakıda canına qıydığı deyilən Kürdəxanı sakini, 25 yaşlı Fərrux Qəhrəmanlını isə xilas etmək mümkün olmayıb. Onun özünü yaşadığı evin tavanından asdığı bildirilir.

Buna da bax:​ İntihar xəbərləri gəlməkdə davam edir

Qəbələdə intihar etdiyi deyilən 36 yaşlı Gülər Ağayevanı da xilas etmək mümkün olmayıb.

Yanvarın 17-də Bakıda kirayədə yaşayan, 1954-cü il təvəllüdlü E.İ-nin isə özünü iplə asmağa cəhd etdiyi söylənir. Onu kirayədə yaşadığı mənzilin sahibi xilas edib. İntihara təşəbbüs edən kirayənişini xəstəxanaya çatdırmaq mümkün olub.

Bu olaylarla bağlı hüquq mühafizə orqanları araşdırmaya başlayıb. Ancaq Rafiq Vəliyevin ölümündən başqa, bu olayların səbəbləri açıqlanmır.

Buna da bax: Məhbusun intihar etdiyi deyilir

Xatırlatma

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report"un sorğusuna cavab olaraq bildirib ki, ötən ilin 9 ayı ərzində Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb.

Ekspertlər Azərbaycanda intiharlarla bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə bir çox hallarda rəsmi qurumlar intiharların gerçək səbəblərini gizlədirlər.

Multimedia

XS
SM
MD
LG