Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:07

Borclar ödənilmir, yığılır, artır, ümidsizləşir və silinir... [video]


Sosial borclar silinir - Bəs, əhalinin bank borcu?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Sosial borclar silinir - bəs əhalinin bank borcu? [A-Live]

Dövlətə borcu olanların borcları necə bağışlansın ki, borcunu vaxtında ödəyənlərə də ədalətsizlik olmasın.

Prezident İlham Əliyev bugünlərdə Milli Məclisə qanun layihəsi göndərib ki, 364 milyon manata qədər borc silinsin.

Bu, 2006-cı il yanvarın 1-ə qədər yaranmış, bu ilin aprelinə qədər ödənilməmiş borclar və borcun ödənilməməsinə görə yaranan cərimədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris Ağayev, fevralın 20-də, Milli Məclisdə deyib ki, sosial sığorta borclarını silmək zərurətə çevrilib:

Buna da bax: Sosial sığorta borcları bağışlanır?

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi

"Onsuz da biz bu vəsaitləri ümidsiz borclar siyahısına salmışdıq, bununla bağlı məhkəmə qərarları mövcuddur. Amma bu borc sahibkarlıq fəaliyyətinə maneçilik törədir. Çünki bilirsiz ki, Dövlət Sosial Müdafiə Fondu onların bank hesablarına sərəncam qoymuşdu, bu da onların fəaliyyətinə mane olurdu".

İdris Ağayev deyib ki, bu borclara görə mal-material ala bilmirlər, bank əməliyyatları həyata keçirə bilmirlər, qanun qəbul olunanda, sahibkarlar sərbəst fəaliyyət göstərə biləcəklər.

Buna da bax: Camaat ümidini niyə ölkənin hakim ailəsinə bağlayır? [video]

Amma müxalif Respublikaçı Alternativ – ReAl Hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, hökumət borcları bağışlayanda borcu olmayanlara ədalətsiz yanaşır:

"Çox təəssüf ki, hökumət pis ödəyiciləri nəzərə alır, onların borclarını bağışlayırlar, amma yaxşı ödəyiciləri nəzərə almır, vaxtlı-vaxtında borcunu ödəyənlərə heç bir təşviq addımı atılmır. beş maddədən ibarət təklifə, başqa bir maddə, 6-cı maddə də əlavə olunsaydı, vaxtlı vaxtında borcunu ödəyənlərə güzəştlər tətbiq olunsaydı, daha yaxşı olardı".

Natiq Cəfərli deyir ki, vergini vaxtlı-vaxtında ödəyənlərə güzəşt olunardısa, bu, onların işinin effektivliyini daha da artırardı.

Buna da bax: Hadı Rəcəbli: 'Biz hər deyilən fikrə görə addım atmırıq'

Bəs, hökumətin intizamlı vergi ödəyicilərinə dəstək planı varmı? Bu sualımıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab almaq mümkün olmadı, telefon zənglərimizə cavab verən olmadı.

Milli Məclisin bitərəf deputatı Vahid Əhmədov isə düşünür ki, vətəndaşların banklara olan 2 milyard manatlıq borcları da bağışlansa daha yaxşı olar.

Vahid Əhmədov
Vahid Əhmədov

Sosial sığorta borclarından başqa, maliyyə amnistiyası təklif olunan həm də kredit borclarıdır. Milli Məclisin deputatı Vahid Əhmədov fevralın 21-də modern.az saytına deyib ki, onsuz da bu, gec-tez olmalıdır, maliyyə bazarında sabitliyi artırmaq üçün, yəni ödənilməyən kreditlərin həcmi çox olduğundan belə bir amnistiyaya ehtiyac var.

Bu borclar manatın dollara nəzərən devalvasiyasından sonra şişib. Amma bu borcların nə qədərinin əhali, nə qədərinin sahibkarlara məxsus olunması açıqlanmır.

Buna da bax: 'Seçki ərəfəsində səxavət boğçası'

Sosial və İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, əslində bu məlumatlar bankların bazasında var və bunlar əsasında borcların bağışlanılması mümkündür:

Təhlilçi Rəşad Həsənov
Təhlilçi Rəşad Həsənov

"Vətəndaş cəmiyyəti də təmsil olunmaqla, şəffaflığa nəzarəti həyata keçirmək olar. Burda problem üçtərəfli olduğu üçün həm vətəndaş maraqlıdır, həm bank, həm dövlət. Borcun ödənilməsi bölgüsü bərabər olmalıdır".

Beynəlxalq Bankın problemli kreditlərə görə ödəyə bilmədiyi 3,5 milyard dollarlıq xarici borcunu isə dövlət tamamilə öz üzərinə götürüb, bu borcun necə yaranması barədə isə açıqlanma verilmir.

Bakı sakinləri də bu müzakirədə iştirak edir. Onlardan soruşmuşuq ki, sizcə, kredit borcları problem necə həll edilsin?:

Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Buna da bax: İqtisadçı: 'Pensiyalarda bu artım 1 kiloqram kərə yağı etmir'

Bu il Azərbaycanın maliyyə imkanları son 3 ilə nisbətən artıb. Çünki neftin qiymətinin dünya bazarlarında nisbi bahalaşıb. Belə ki, 2018-ci ilin dövlət büdcəsində Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiyməti dövlət büdcəsində 45 dollardan hesablansa da əslində il ərzində ortalama 70 dollara satılıb. Yəni, əslində, borcların silinməsi üçün dövlətin imkanları o qədər də məhdud deyil. Buna baxmayaraq, hələlik vətəndaşların banklara borclarının da silinməsi barədə təkliflərə dövlət rəsmilərindən hər hansı şərh verilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG