Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:25

'Kərə yağı bahalaşmaqda davam edir' [mətbuat icmalı]


Kərə yağı
Kərə yağı

NATO-Azərbaycan münasibətləri, inflyasiyanın səbəbləri və yeni bahalaşma gözləntiləri şənbə - noyabrın 25-də (2017) medianın aparıcı mövzularıdır...

Bahalığın mənbəyi-inhisar

Novoye Vremya” qəzetində “İnflyasiyanı aşağı salmağa nə mane olur?” sualı gündəmə daşınır.

Yazıda bildirilir ki, bahalaşma ölkə vətəndaşlarında narazılığa səbəb olub. Məzənnə sabitləşsə də qiymət artımı davam edir:

“Hələ, bu yaxınlarda Azərbaycana idxal edilən kərə yağının kəskin bahalaşmasını dünya bazarında qiymətlərin artması ilə izah edirdilər. Hətta, Nazirlər Kabinetinin qərarı ilə süddən hazırlanan yağların idxalı ilə bağlı gömrük rüsumları 15 faizdən 5 faizə endirildi və bu qərar dekabrın 7-dən qüvvəyə minəcək”.

Buna da bax: Kərə yağını neçə şirkət gətirir?

Amma yazıda bildirilir ki, bu günlərdə kərə yağı yenə bir manata qədər bahalaşıb.

Manat
Manat

Müəllif vurğulayıb ki, yağla yanaşı şor, qaymaq, pendir, yumurta kimi yerli məhsullar da bahalaşmaqdadır.

Yazıda rəsmi statistikaya istinadən bildirilir ki, bu ilin ötən 9 ayı ərzində ərzaq 17,6 faiz bahalaşıb. Qarşıdan Yeni il bayramının gəldiyini xatırladan müəllif qiymətlərin bir qədər də yüksələcəyini istisna etmir.

Buna da bax:​ Əti, yağı bahalandıran... pambıqdı [Ekspert rəyi]

Yazıda ölkədə inflyasiyanin ikirəqəmli olmasının xarici amillərlə izah edilməsi də yanlış mövqe kimi dəyərləndirilir:

“Niyə təkrəqəmli inflyasiya vədi verirdilər? Həm də ölkədə inflyasiya son aylarda sürətlənməyib, artıq iki ildir ki, davam edir. Bunun ilkin səbəbi nədir? Ölkə hətta özünü bitkiçilik məhsulları ilə də təmin edə bilmir ki, dünya bazarlarındakı qiymət ölkədə daxili bazara təsir edir? Bu halda aqrar məhsulları az qala bütün dünya ölkələrinə hansı haqla ixrac etməyə hazırlaşırıq?”.

Müəllif bahalanmanın səbəblərindən biri kimi inhisarçılığı göstərir.

Buna da bax: DSK yağın qiyməti haqda nə deyir?

Vədlər və gümanlar...

Yeni Müsavat” qəzetində “Gələn il ərzaq, tikinti və mənzillərin bahalaşacağı gözlənilir” sərlövhəli yazı oxumaq olar.

Yazıda qarşıdakı 2018-ci ildə hansı sahələrdə bahalaşma ola bilmə ehtimallarını ekspert Vüqar Bayramovla təhlil edilib.

Müəllif xatırladıb ki, parlamentdə 2018-ci ilin büdcə layihəsinin müzakirələri zamanı hökumət nümayəndələri təkrəqəmli inflyasiya, Ümumi Daxili Məhsulun artımı və manatın sabitliyinin davam edəcəyi kimi vədlər veriblər.

İlham Əliyev Gəncə şəhərində yeni ticarət mərkəzinin açılışında. 10noy2017
İlham Əliyev Gəncə şəhərində yeni ticarət mərkəzinin açılışında. 10noy2017

Buna da bax: 'Səhərlər yağdan imtina' - media icmalı

“2018-ci ildə qiymətlərin necə dəyişməsi birbaşa manatın məzənnəsi, eyni zamanda neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Çünki manatın məzənnəsi birmənalı şəkildə ölkəyə idxal edilən mal və məhsulların xərci baxımından vacibdir. Bu baxımdan birrəqəmli inflyasiyanın əldə edilib-edilməməsi birbaşa məzənnə siyasətindən asılı olacaq. Birrəqəmli inflyasiyanın əldə edilməsi üçün isə 2018-ci ildə manatın stabilliyinin qorunub saxlanılması vacibdir”, – deyə V.Bayramov qəzetə bildirib.

İqtisadçı ekspert vurğulayıb ki, gələn il daşınmaz əmlak, avtomobil və xüsusən də tikinti materialları bazarında qiymətlərin necə dəyişməsi yenə də manatın məzənnəsinə bağlı məsələdir.

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

V.Bayramov deyib ki, daşınmaz əmlak sərmayə baxımından vətəndaşlardan ötrü vacibdir. Amma onun bildirməsinə görə, manatın devalvasiyası zamanı vətəndaşlar sərmayəni daşınmaz əmlakda yox, xarici valyutada saxlayıblar.

Ekspert hesab edir ki, manat sabit qaldığı halda 2018-ci ilin ikinci yarısından daşınmaz əmlak bazarında tələbin artması müşahidə oluna bilər.

Buna da bax: Milli Şura Bakıda mitinq keçirdi [foto, video. yenilənib]

V.Bayramovun fikrincə əlində sərmayə olan vətəndaşlar çoxdur. Amma manatın məzənnəsinin nə qədər sabit qalacağını bilmədiklərindən daşınmaz əmlaka sərmayə qoymurlar.

V.Bayramov bildirib ki, 2018-ci ildə dövlət büdcəsi hesabına da tikinti işlərinin aparılması nəzərdə tutulur. Tikinti materiallarına tələb artır, tələb artarsa, qiymətlərdə də artım olacağı istisna deyil.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

NATO ilə 23 illik tərəfdaşlıq

Azərbaycan” qəzetində isə “23 illik uğurlu tərəfdaşlıq” sərlövhəli yazıda Azərbaycan-NATO münasibətlərinin mövcud durumu dəyərləndirilir.

Müəllif yazının əvvəlində “Şərq Tərəfdaşlığı” ölkələrinin V sammiti çərçivəsində Brüsselə səfər edən və NATO baş katibi Yens Stoltenberqlə görüşən dövlət başçısı İlham Əliyevdən sitat gətir:

İlham Əliyev və Jens Stoltenberg). Brüssel. 23noy2017
İlham Əliyev və Jens Stoltenberg). Brüssel. 23noy2017

Buna da bax:​ Acla toxun dialoqu [karikatura]

“Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq, altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk”.

Müəllif Azərbaycanın NATO-nun bir çox əməliyyatlarında iştirak etdiyini, hazırda isə “Qətiyyətli Dəstək Missiyası”na töhfə verdiyini bildirir:

“Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan həmçinin, koalisiya qüvvələri üçün tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir”.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Yazıda vurğulayır ki, bu görüşdə dövlət başçısı Qarabağ münaqişəsinə də toxunub və bu problemi regiona ən böyük təhlükə adlandırıb.

Yazıda daha sonra oxuyuruq:

“NATO ilə tərəfdaşlığın əsas istiqamətləri siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və praktik əməkdaşlıqdan ibarətdir”.

Buna da bax:

Qanımızı sorurlar - Bahalaşma haqda danışan vətəndaş
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

XS
SM
MD
LG