Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 18:45

Kərə yağının pərakəndə satış qiyməti bu ilin 9 ayı ərzində orta hesabla 5 manat 30 qəpik və ya 52 faiz bahalaşıb. İstehlak bazarında qiymətlərin monitorinqini hər ay aparan Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda belə deyilir.

İndi dükanda bir kiloqram xaricdə istehsal olunan kərə yağının qiyməti 16-19 manat arasında dəyişir.

Buna da bax: 'Ucuz yağın şorbası... '– Media icmalı

Sentyabrda orta qiymət 13,28 manat idi

DSK-nın məlumatına görə, sentyabr ayında idxal mənşəli kərə yağının bir kiloqramının orta qiyməti 15 manat 45 qəpik olub. Yerli istehsalçıların qiymətləri (1 kq üçün 11 manat 41 qəpik) də nəzərə alınmaqla Azərbaycanda kərə yağının orta satış qiyməti ötən ay 13 manat 28 qəpik olub.

Buna da bax: Azərbaycanda yağların qiyməti bahalaşıb

7 ayda Yeni Zelandiyadan 6677 ton yağ yola salınıb

Azərbaycana gətirilən kərə yağının əsas hissəsi Yeni Zelandiyanın payına düşür. Bu ölkənin BMT-nin ticarət statistikası bölməsi vasitəsilə açıqladığı məlumata görə, bu ilin 7 ayında Azərbaycana 30 milyon 397 min ABŞ dollar dəyərində 6 min 677 ton kərə yağı və digər süddən alınan yağlar ixrac olunub. Yağın bir kiloqramı orta hesabla 4 dollar 55 sentə satılıb. İyul ayında Azərbaycan Yeni Zelandiyadan 503,4 ton kərə yağı idxal edib və orta rəqəm 5 dolları keçib.

Buna da bax: Kərə yağını neçə şirkət gətirir?

Kərə yağının bahalaşmasını rəsmi qurumlar dünya bazarında gedən proseslərlə əlaqələndirir. Bəzi yerli ekspertlər isə bahalaşmada inhisarçılıq və süni amillərin də yer aldığını deyirlər. İdxalçı şirkətlər bu ittihamları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG