Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:37

'Sərəncam üzərində islahatlar' [media icmalı]


"Ümid". Şerif. Karikatura.
"Ümid". Şerif. Karikatura.

20 Yanvar faciəsi, islahatlarla bağlı sərəncamların icra olunmaması və ərzaq bahalanmasının davam etməsi 20 yanvar, 2018-ci il medianın aparıcı mövzularındandır...

“Əgər ölkədə müstəqil məhkəmə sistemi yoxdursa,...”

Azadlıqinfo.az” saytında “Əliyevin sərəncamlarda yaşayan islahatları” sərlövhəli yazı oxumaq olar.

Müəllif bu yazıda iddia edib ki, dövlət başçısı İlham Əliyevin sərəncamlarının məzmunu kağız üzərində qalır və icra olunmur:

“Bəlkə də dünyada Azərbaycan prezidenti qədər sərəncam imzalayan, fərman verən ikinci ölkə başçısı yoxdur.

İstənilən gün xəbər saytlarına nəzər salanda, yeni sərəncamlarla gözlərimiz qızarır. Amma bu günə qədər hər hansı sərəncama əməl olunduğunu, hər hansı fərmanın yerinə yetirildiyini müşahidə etməmişik”.

"Artım". Şerif. Karikatura
"Artım". Şerif. Karikatura

Yazıda bildirilir ki, son zamanlar ölkədə apellyasiya şuraları, Dayanıqlı İnkişaf Şurası, Maliyyə Nəzarəti Komitəsi yaradılması, bəzi nazirliklərin birləşdirilməsi, cəzaların humanistləşdirilməsi və yol xəritələri haqqında sərəncamlar verilib.

Müəllif qeyd edib ki, bütün bunlar ölkədə islahatlar kimi təqdim edilir. Amma rəsmi statistika da bir çox problemlərdən xəbər verir.

Müəllif vurğulayıb ki, bu günlərdə dövlət başçısı Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” da yeni qanun hazırlanması barədə sərəncam imzalayıb.

Amma yazıda güman edilir ki, bu sənəd də əhəmiyyətsiz olacaq:

“Çünki ilk növbədə ölkənin demokratik imici olmalıdır. Əgər, ölkədə müstəqil məhkəmə sistemi yoxdursa, xırda və orta sahibkarlar hər an böyük məmurların tamahının qurbanı ola bilirsə, bu ölkədə heç bir islahatdan, heç bir uğurdan söhbət gedə bilməz”.

Buna da bax: Problemli kreditlər 2 milyarda çatır

Müəllif yazıb ki, Azərbaycanın, hələ də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması xarici investorların ölkəyə axınının qarşısını alır:

“Ümumiyyətlə, korrupsiyanın dövlət siyasətinə çevrildiyi, əhalinin sürətlə yoxsullaşdığı, maliyyə siyasətinin iflasa uğradığı, bank sisteminin bir ailənin əlində cəmləşdiyi, milli valyutanın hər addımda yıxıldığı ölkəyə investisiya yatırmaq heç bir investorun maraqlarına xidmət etmir”.

İnhisar üstəgəl korrupsiya …

Yeni Müsavat” qəzetində diqqəti “İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır” sərlövhəli yazı cəlb edir.

Müəllif ölkədə ərzaq mallarının bahalaşmasını iqtisadçı-ekspert Natiq Cəfərli ilə təhlil edib.

Azərbaycanda market (arxiv fotosu)
Azərbaycanda market (arxiv fotosu)

Yazıda vurğulanır ki, 2017-ci ildə istehlak malları və xidmətlərin qiymətləri 2016-cı il ilə müqayisədə 12,9 faiz artıb. Ərzaq məhsulları 16,4, qeyri ərzaq malları 11,6, ödənişli xidmətlər isə 9,2 faiz bahalaşıb.

Buna da bax: Alıcılar: 'Təkcə yağ və ət deyil, hər şeyin qiyməti artır...' [video]

Müəllifi xatırladıb ki, Azərbaycanda kəskin qiymət artımı özünü 2015-ci ildə manatın devalvasiyalarından sonra göstərib:

“Bahalaşmanın əsas səbəbi kimi idxal məhsullarında dolların məzənnəsinin artımı ilə bağlı yaranan yüksəlmə göstərilib. 2017-ci ilin əvvəlindən manatın məzənnəsi sabitləşməyə başlayıb, ötən müddət ərzində isə hətta bir qədər möhkəmlənib. Amma manatın sabitləşməsi də qiymətlərdəki artımın qarşısını ala bilməyib”.

N.Cəfərli qəzetə deyib ki, Azərbaycana idxalda avrozonanın payı yüksəkdir və oradan gətirilən mallar baha başa gəlir.

Ekspert hesab edir ki, bahalaşmanın davam etməsinin daha bir səbəbi benzinin qiymətinin yüksəlməsidir. Üstəlik, vergi-gömrük rüsumları da artırılıb.

Buna da bax: DSK yağın qiyməti haqda nə deyir?

N.Cəfərli deyir ki, bahalaşmaya daha bir səbəb qaz və enerjinin limitdən artıq hissəsindən ötrü qiymətlərin kəskin artırılmasıdır.

Ekspert qiymət bahalaşmasına əlavə səbəblər kimi ölkədə inhisarlaşma səviyyəsinin yüksək olmasını və korrupsiyanı göstərib:

“Korrupsiyanın olması sahibkarların əlavə xərclərini artırır…”

Milli özünüdərk məqamı

Azərbaycan” qəzetində “Qürur və şərəf tarixi” sərlövhəli yazıda Azərbaycanın azadlıq tarixində 20 Yanvar hadisələrinin rolu dəyərləndirilir.

Buna da bax: 20 Yanvar faciəsindən 28 il ötür [yenilənib]

Yazıda qeyd edilib ki, bu gün artıq 1990-cı ilin 20 Yanvar hadisələrindən 28 il keçir.

20 Yanvar
20 Yanvar

Müəllifin fikrincə, həmin gün baş verən hadisələr xalqın tarixinin şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsi, milli dərk anıdır.

Yazıda vurğulanır ki, SSRİ rəhbərliyi Azərbaycan xalqının azadlıq və demokratiya tələblərinə tank-top və qətllərlə cavab verdi:

“Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu hərəkəti nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklərə yol verildi. Günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı”.

Yazıda bildirilir ki, hələ 1987-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvlüyündən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad olunmuşdu.

Buna da bax: Rafiq Səməndər: 'Dubinyak dedi ki, ölən Sovet əsgərləri haqda da yazım...'

Müəllifin fikrincə, 20 Yanvar hadisələri zamanı Moskvada yaşayan Heydər Əliyevin verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyırdı:

“Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi”.

XS
SM
MD
LG