Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:34

Problemli kreditlər 2 milyarda çatır


Adamlar kredit borcunu niyə ödəmirlər? (Sorğu)
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Adamlar kredit borcunu niyə ödəmirlər? (Sorğu)

Vaxtı ötmüş kreditlərin həcminin 2 milyard manata yaxınlaşdığı bildirilir.

Azərbaycan Mərkəzi Bankının (MB) yeni açıqlanan statistik məlumatında belə yazılır.

Həmin məlumata görə, ötən il dekabrın 1-də problemli kreditlərin ümumi məbləği 1 mlrd. 890.3 mln. manat olub.

Ötən il noyabrın əvvəlinə olan göstəricilərlə müqayisədə bir ayda vaxtı ötmüş kreditlər 700 min manat çoxalıb.

İllik və ilin əvvəli ilə müqayisədə çoxalma daha nəzərəçarpandır. İlin əvvəli ilə müqayisədə vaxtı ötmüş kreditlər 417.7 mln. manat (28.4 faiz) artıb.

Dekabrın əvvəlində vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 15.46 faizini təşkil edib. Ötən ilin əvvəli bu göstərici 8.95 faiz olub.

Xatırlatma

Müstəqil ekspertlərə görə, Azərbaycanda problemli kreditlər üzrə borcların həcmi qırmızı xətti keçib. Onlar hesab edir ki, təxirəsalınmaz tədbirlər görülməzsə, vaxtı keçmiş kredit problemi daha da ağırlaşacaq.

«Bununla nəinki maliyyə bazarı sıradan çıxa, həm də milli iqtisadiyyat daha çətin duruma düşə bilər», - deyə ekspertlər vurğulayıblar.

Mütəxəssislərə görə, kredit borcu problemi ölkədə hər üç nəfərdən birini narahat edir.

Üstəlik, onların fikrincə, problemli kreditlər reallıqda daha yüksəkdir.

Əlaqəli rəsmi qurumlar isə problemli kredit məsələsinin o qədər də ciddi olmadığı qənaətindədir. Bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı demişdi ki, bank sektorunda çətinliklər artıq səngiməkdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG