Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:09

Müxalifət təmsilçilərinin ziyarət mərasimində narazılıq [yenilənib]


Bakı 20 yanvar
Bakı 20 yanvar

Bu gün Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 28-ci ildönümü qeyd edilir.

Bakı 20 yanvar
Bakı 20 yanvar

Milli Şuranın ziyarət mərasimində narazılıq

Bəzi müxalif partiyaların birləşdiyi Demokratik Qüvvələrin Milli Şurasının təmsilçilərinin Şəhidlər Xiyabanını ziyarət etməsinə əngəl yaradıldığı bildirilir.

Xiyabana aparan Parlament prospektinə cəm olunmuş polis qüvvələrinin Milli Şura rəhbərliyi və üzvlərini bir saata yaxın prospektə buraxmadığı deyilir.

Hadisə yerində olan şahidlərin deməsinə görə, prospekt müəyyən qədər boş olduğunudan bu, Milli Şura təmsilçilərinin narazılığı ilə müşayət olunub. Quruma üzv partiyalardan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli baş verənləri “siyasi xəbislik” kimi dəyərləndirib.

Bir müddət sonar Milli Şuranın üzvləri prospektə buraxılıblar.

Ərazidə olan yüksək rütbəli polis rəsmilərindən və Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli Şura üzvlərinə əngəl yaradılması ilə bağlı deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Müsavat rəhbərliyi və REAL təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət etdi

20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəal da Şəhidlər Xiyabanını ziyarət edib.

Bu zaman da oxşar problemlərin yaradıldığı bildirilir.

Bundan başqa REAL Hərəkatının təmsilçiləri də öz tərafdarları ilə xiyabana yürüş ediblər.

Günün birinci hissəsi isə prezident İlham Əliyev, onun xanımı birinci vitse prezident Mehriban Əliyeva, Milli Məclisin sədri Oqtay Əsdov və başqa rəsmilər də 20 Yanvar faciəsində həlak olanların bir hissəsinin dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bakı-20 yanvar
Bakı-20 yanvar

20 Yanvar hadisələri ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunub.

Şahidlər Xiyabanına insan axını davam edir.

20 Yanvar hadisələri ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunub.

Gün ərzində minlərlə insanın - ölkə prezidentinin, dövlət, hökumət üzvlərinin, müxalifət partiyalarının, deputatların və diplomatik korpusun nümayəndələrinin Şəhidlər Xiyabanını ziyarəti gözlənir.

Bakıda Şəhidlər Xiyabanına gedən yollarda avtomobilin hərəkətləri məhdudlaşdırılıb, polis gücləndirilmiş iş rejiminə keçib.

Buna da bax: Sovet qəzetlərinin 20 Yanvardan əvvəl və sonra yazdıqları

* * *

Ümumxalq ziyarəti başlanıb

Xiyabana xalq ziyarəti başlayıb. Səhər saatlarında prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra insanların axınına qoyulan məhdudiyyət götürülüb.

Bu gün Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 28-ci ildönümü qeyd edilir.

20 Yanvar hadisələri ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunub.

Gün ərzində əhalinin 20 Yanvar hadisələrində həlak olan insanların dəfn olunduğu xiyabana ziyarəti davam edəcək.

Buna da bax: «Partbiletimi Bakatinin ağzına soxdum»

* * *

20 yanvarda həlak olanlar 1 dəqiqəlik sükutla yad edilib

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 28-cı ildönümü münasibəti ilə Azərbaycanın bir çox yerlərində bir dəqiqəlik sükut olub.

Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib.

Buna da bax: E.Məmmədov: 'Həmin qurbanlar gedib, bunun nəticəsində Azərbaycan müstəqil dövlət olub...'

Buna da bax: 28 il əvvəl Lənkəranda Sovet hakimiyyəti necə devrildi

Buna da bax: Rafiq Səməndər: 'Dubinyak dedi ki, ölən Sovet əsgərləri haqda da yazım...'

XATIRLATMA

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 1000-ə yaxın şəxs həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG