Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:42

Azərbaycanda istehlak səbəti niyə 300 manat deyil? [media icmalı]


Arxiv fotosu
Arxiv fotosu

Neftçilərin sosial təminatı, yaşayış minimumu, bağlanan və açılan iş yerləri bu gün, yanvarın 13-ü (2018) medianın aparıcı mövzularındandır...

“Prezident düz deyirsə, onda ...”

Azadlıqinfo.az” saytında “177 min iş yeri açılıb, 170 mini bağlanıb” sərlövhəli yazı oxumaq olar.

Yazıda iqtisadçı ekspert Nemət Əliyevin düşüncələrinə yer verilib: “Dövlət başçısı İlham Əliyev 2017-ci ildə 221 min yeni iş yeri açıldığını və bunun da 177 mininin daimi iş yeri olduğunu bildirir. Özü də dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan “10 yanvar” müşavirəsində səsləndirib”.

Buna da bax: Azərbaycanda yoxsullar Rusiyadan da azdır? [media icmalı]

N.Əliyev hesab edir ki, il boyu ölkədə iqtisadi fəallığın zəiflədiyi bir dövrdə bu qədər iş yerlərinin açılması haqqında səslənən fikirlərin bir tənqidlik canı belə yoxdur.

Nemət Əliyev
Nemət Əliyev

Ekspert dövlət başçısının səsləndirdiyi rəqəmlər üzərində dayanır: “Tutaq ki, dövlət başçısının dediyi kimi, doğrudan da ölkədə 177 min daimi iş yeri açılıb. Əgər, həqiqətən o iş yerləri açılıbsa və daimidirsə, o zaman həmin iş yerlərində işə qəbul olunanlar hesabına ölkədə muzdla çalışanların sayı bir o qədər artmalı idi”.

N.Əliyev Dövlət Statistika Komitəsinin son bir ildə muzdla çalışanların sayına dair açıqladığı məlumatı xatırladır.

O rəsmi rəqəmlərə istinadən vurğulayıb ki, muzdla işləyənlərin sayında təqribən 5 minə yaxın artım var.

Buna da bax: Minimum əməkhaqqı 116-dan 130 manata qaldırıldı

“Deməli, ölkədə 2017-ci ildə 170 mindən çox daimi iş yeri bağlanıb”, – deyə ekspert prezidentin və Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında belə bir mülahizə irəli sürür.

Avropa və Azərbaycan

Exo” qəzetində “Azərbaycanda yaşayış minimumu istehlak səbətilə ayaqlaşmır” sərlövhəli yazı diqqəti cəlb edir.

Müəllif istehlak səbətinin tərkibini ekspert Nəriman Ağayevlə müzakirə edib.

Buna da bax: 'Minimum əməkhaqqının 68 dollar olduğu milyarder məmurlar ölkəsi...'

Nəriman Ağayev
Nəriman Ağayev

Ekspert deyib ki, istehlak səbətinin tərkibini yaxşılaşdırmağa ehtiyac var və bu məsələ birbaşa yaşayış minimumu ilə bağlıdır. Amma onun fikrincə, 173 manat müəyyən edilən yaşayış minimumu zəruri olan məhsul və ərzağın əldə edilməsinə imkan vermir:

“Məsələ budur ki, son vaxtlar istehlak səbətinin tərkibi dəyişmir. İstehlak səbəti birbaşa yaşayış minimumu ilə bağlı olsa da çoxdandır ki, bu mövzu unudulub. Həm də bunu demək lazımdır ki, maliyyə baxımından istehlak səbətinin həcmi hazırda mövcud olan 173 manat yox, 276,96 manat təşkil edir”, – deyə N.Ağayev vurğulayıb.

Ekspert qeyd edib ki, Avropada istehlak səbəti insanın istirahətinə bağlı məsrəfləri də əhatə edir. Azərbaycanda isə heç İnternet, kinoya gediş də burada əksini tapmır:

Buna da bax: 2017-nin nəticələri: 'İş o yerə çatdı ki, hökumət mediasında çalışanlar da getdi'

“İstehlak səbəti tərkibindəki ərzağa gəlincə, bu tərkib işləyən şəxsin və ya yeniyetmənin sutkalıq kalori normasını belə təmin edə bilmir. Buna görə də, istehlak səbətini tamamlamağa, ərzaq məhsullarının çeşidini artırmağa və bir qədər istirahət xərclərini təmin etməyə ehtiyac var. Həm də ölkədə yaşayış minimumu 300 manata çatdırılmalıdır”.

Müəllif xatırladır ki, 2018-ci ildə yaşayış minimumu 173 manat müəyyən edilib.

Yazıda vurğulanır ki, istehlak səbəti tərkibinə 12 adda ərzaq məhsulu, 10 adda qeyri-ərzaq malları və 10 ödənişli xidmət daxildir.

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

Neftçinin həyatında “qara qızıl”

Azərbaycan” qəzetində “Neft amili insan kapitalına çevrilir” sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, ölkənin əldə etdiyi iqtisadi uğurların təməlində neft amilinin əsas rol oynaması danılmaz faktdır. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafında da bu sahədən əldə edilən gəlirlər mühüm rol oynayır.

Buna da bax: Narazı neftçi ailələri qapı-qapı dövlət qurumlarını gəzirlər

İlham Əliyev Bibiheybətdə qədim neft buruğunda. 26Apr2017
İlham Əliyev Bibiheybətdə qədim neft buruğunda. 26Apr2017

Müəllifə görə, neft təkcə iqtisadi inkişafa xidmət etmir, həm də bir çox sosial məsələlərin həllində başlıca rol oynayır:

“Bu gün Azərbaycanda tikilən müasir təhsil, səhiyyə, mədəniyyət obyektlərinin də maliyyələşməsi neft gəlirləri ilə bağlıdır. Bəs nefti xalqımızın sərvəti edən neftçilər ondan necə faydalanır? Azərbaycanda neftçilərin sosial-məişət məsələləri həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, bu gün ölkədə ən yüksək əməkhaqqı neft sektorundadır. Neftçilərin mənzil problemləri də növbəlilik əsasında təmin edilir”.

Buna da bax: Belə neft gəliri olan ölkənin yollarına baxanda...

Yazıda vurğulanır ki, “Neftçi” Mənzil Tikinti Kooperativi 2010-cu ildən uğurla fəaliyyət göstərir. Mənzil növbəsində olan neftçi kooperativ üzvlərinin pay haqqının kreditləşməsinə SOCAR dəstək verir:

“2017-ci ildə kooperativ tərəfindən Xətai rayonu ərazisində tikilən yeni yaşayış binasında 100 neftçi ailəsi yeni mənzil alıb. O cümlədən, təqaüd proqramlarının iştirakçısı olan 8 gənc mütəxəssis bu yolla mənzillə təmin edilib”.

Buna da bax: İlqar Məmmədov həbsdən yazır: 'Neft olmasa…'

Müəllif bildirib ki, hazırda Lökbatan qəsəbəsində 452 mənzilli yaşayış kompleksi inşa olunur. Bibiheybət ərazisində 852, Qaraçuxur qəsəbəsində isə 96 mənzilli yaşayış binalarının layihə işləri başa çatıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

Yazıda həmçinin vurğulanır ki, bundan başqa, mənzil növbəsində olan kimyaçılardan ötrü Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yaşayış binasının layihələndirmə işlərinə başlanılıb.

XS
SM
MD
LG