Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

Minimum əməkhaqqı 116-dan 130 manata qaldırıldı


Manat
Manat

Bu gün, dekabrın 25-də prezident İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

President.az saytı xəbər verir ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilib.

Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bu sərəncama uyğunlaşdırmaq tapşırılır.

Buna da bax: 'Minimum əməkhaqqının 68 dollar olduğu milyarder məmurlar ölkəsi...'

Hazırda minimum aylıq əməkhaqqının məbləği 116 manatdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq malları təqribən 17 faizdən çox bahalaşıb.

Müstəqil ekspertlər deyirlər ki, reallıqda inflyasiya daha yüksəkdir.

Buna da bax:

Minimum maaşda 10 faiz artım nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG