Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 22:50

Avstriyalı qıza 'Əyninə paltar gey' deyən dağıstanlıya həbs cəzası kəsildi


İllüstrasiya
İllüstrasiya

Vyanada bir dağıstanlını 5 aylıq həbs cəzasına məhkum ediblər.

O, bir avstriyalıdan tələb edib ki, "arvadının əyninə paltar geyindirsin".

Prokuror 24 yaşlı Şamili (soyadı açıqlanmır) başqasına sataşmaqda və zorlamaqla hədələməkdə suçlayıb.

Keçən yay Şamil öz yerliləri ilə Kaltenloytgeben göünün qırağında gəzişirmiş.

Onların qarşısına bir avstriyalı cütlük çıxıb. Onlar göl qırağında istirahət edirlərmiş.

Qafqazlını qadının qurşaqdan yuxarı çılpaq olması hiddətləndirib.

O, qadının yanındakı kişiyə əsəbiləşib. Deyib ki, qadını geyindir, yoxsa onu zorlayaram, sənin özünün də uçurumdan aşağı ataram.

Bu hədələri elə avstriyalının özü mobil telefonunun kamerası ilə çəkərək sosial şəbəkələrə yerləşdirib.

Videodakı dialoq alman dilindədir. Avstriyalı deyir ki, əgər qadının görünüşü sənə mane olursa, üzünü çevir.

Bu cavabdan əsəbiləşən qafqazlı hədələrə keçir.

Buna da bax: Fransada 5 miqrant güllələnib

İnsidentin geniş rezonans doğurmasının səbəbi həm də o olub ki, hədələnən avstriyalı - tanınmış fotoqraf və bloqçu Tomas Busek olub.

Qafqazlı dərhal axtarışa verilib. Polis videonu görən kimi zərərçəkmişlərdən şikayət ərizəsi daxil olmasını gözləmədən hərəkətə keçib.

Məlum olub ki, avstriyalıları hədələyən şəxs Rusiya vətəndaşıdır.

Özü də Avstriyada siyasi sığınacaq almağa çalışır. Dağıstanlını məhkum ediblər, amma yoldaşlarını məsuliyyətdən azad ediblər.

Şamil məhkəmədə özünü təqsirli saymayıb. "Mən kişiyəm. Bu mənim zəifliyimdir. Çılpaq qadına baxmaya bilməzdim. Sadəcə, istəyirdim ki, o, əyninə paltar geyinsin" - deyə dağıstanlı bildirib.

Məlum olub ki, Şamil Avstriyaya gəlib sığınacaq istəyənəcən bir müddət Almaniyada yaşayıb. Orda sığınacaq almağa çalışıb.

Almaniyada iki dəfə oğruluq və quldurluğa görə cəza alıb. Almaniya hökuməti ona sığınacaq verməkdən imtina etdiyi üçün Avstriyaya üz tutub.

Buna da bax: Türkiyə yüzlərlə əfqan miqrantı deportasiya edir

Məhkəmədə Şamili Avstriyanın ən məşhur vəkillərindən biri - Volfqanq Blaşnits müdafiə edib.

Yerli qanunlarda bu cür cinayətlərə görə 5 aydan 5 ilədək cəza nəzərdə tutulub. Şamil minimum cəza alıb.

Avstriyanın xüsusi xidmət orqanları Şamilin telefonundan "cihad nəğmələri" də tapıblar. Bundan başqa məlum olub ki, Şamilin tunisli Anis Amri ilə tanışlığı olub.

Amri 2016-cı ildə Berlində yük maşınını yarmarkada insanların üzərinə sürmüş, 11 nəfər ölmüşdü.

Vəkil deyib ki, bu tanışlıq Şamili terrorçuluqda ittiham etməyə heç bir əsas vermir: "O, sadəcə ünsiyyətcil adamdı, tanışları çoxdu".

XS
SM
MD
LG