Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Türkiyə yüzlərlə əfqan miqrantı deportasiya edir


Türkiyədə suriyalı və əfqan qaçqınlar
Türkiyədə suriyalı və əfqan qaçqınlar

Türkiyə yüzlərlə əfqanı Əfqanıstana deportasiya etdiyini bildirir. Son həftələr ərzində minlərlə əfqanın ölkəyə qanunsuz daxil olduğu xəbər verilir.

Türkiyə xəbər agentliklərinin məlumatına görə, aprelin 8-də 227 əfqan miqrant ölkənin şimal-şərqindəki Ərzurum şəhərindən çarter reysiylə Kabilə yola salınıb.

Daha 400 əfqanın növbəti günlər ərzində deportasiya olunacağı bildirilir.

Ərzurumdakı miqrasiya rəsmilərinin deməsinə görə, hakimiyyət hazırda şəhərdə olan 3 min əfqan miqrantın hamısını deportasiya etməyi planlaşdırır.

***Buna da bax: Papa miqrant mərkəzlərini həbs düşərgələrinə bənzədib

“BURADA PROBLEM YOXDUR”

Qaçqınlar və Repatriasiya Nazirliyinin sözçüsünün deməsinə görə, əfqanlar könüllü olaraq evlərinə dönürlər.

Onlar digər ölkələrə keçməkdən ötrü Türkiyədən tranzit kimi istifadə etmək istəyənlərdir, işləri alınmadığından qayıtmaq qərarına gəliblər”, – Islamuddin Jurat deyib.

Türkiyənin baş naziri Binali Yildirim aprelin 8-də Kabildə əfqan liderləriylə danışıqlar aparıb. O, məsələdə əməkdaşlığa görə Əfqanıstana təşəkkür edib.

Burada problem yoxdur”, – Türkiyə dövlət mediasının yazdığına görə, Yildirim bunu Əfqanıstanın hökumət başçısı Abdullah Abdullah-la birgə mətbuat konfransında deyib.

Türkiyə Əfqanıstan, eləcə də Asiya və Yaxın Şərqdə digər ölkələrdən miqrantlar üçün əsas tranzit marşrutudur. Avropada daha yaxşı həyat və iş axtaranlar məhz bu ölkəni seçirlər.

***Buna da bax: Türkiyədə çalışanlar vətənə qayıtmağa qorxur

Ölkə mediası yazır ki, Əfqanıstandan minlərlə miqrant son həftələr Türkiyəyə keçib. Onların Türkiyəyə İrandan keçdiyi, sərhəddən Ərzuruma çatmaqdan ötrü günlərlə piyada getməli olublar.

İnsan haqları qrupları isə Ankaranı miqrantları müharibə gedən ölkəyə deportasiya etdiyinə görə tənqid edir, onların həyatını riskə atdığını bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG