Səfərbərlik Xidmətindən alındı, problem isə böyüdü: 'Vətəndaşları süründürürlər'
Bir neçə il öncə hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinə prosesi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Lakin hərbi ekspert Səxavət Məmməd hesab edir ki, bu dəyişiklik problemin miqyasını daha da böyüdüb. Ekspertin sözlərinə görə, yeni sistemdə ciddi süründürməçilik halları müşahidə olunur: "Vətəndaşın xidmətə yaramadığı faktiki məlum olsa da, proses aylarla, bəzən isə bir ildən çox uzadılır. Bundan əlavə, çağırışçılar müayinə üçün şəhərin müxtəlif xəstəxanalarına yönləndirilir. Bu "get-gəl"lər süründürməçiliyə yol açır".
Arxiv
-
Noyabr 20, 2026'Ən ucuzunu alıram' – Dərman qiymətləri 'əl yandırır'
-
Noyabr 19, 2026Naxçıvanda yanacaq qıtlığı: 'Kimin adamı var, doldurur'