Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Kocharianın oğluna qarşı da ittihamlar irəli sürülüb


Sedrak Kocharian
Sedrak Kocharian

Ermənistanın hazırda həbsdə olan ikinci prezidenti Robert Kocharianın böyük oğlu Sedrak Kochariana qarşı vergidən yayınma və çirkli pulların yayılmasına dair ittihamlar irəli sürülüb.

Bizneslə məşğul olan Sedrak Kocharian barədə ölkədən çıxmamasına dair iltizam alınıb.

Bu məlumatı AzadlıqRadiosunun Erməni xidmətinə vəkil Aram Orbelian verib.

Vəkilin sözlərinə görə, bu iş hazırda Milli Təhlükəsizlik Xidmətində (MTX) təhqiq olunur.

Sedrak Kocharianın özü fevralın 18-da atasının 2rd.am saytına müsahibə verib: “MTX mənə qarşı hansısa pulların yuyulması ilə bağlı qurama ittiham irəli sürüb”.

Sedrak Kocharian bundan artıq təfərrüatlara varmayıb.

Vəkil Aram Orbelian Azatutyun radiosuna deyib ki, Sedrak Kocharianın müdafiəsi ilə keçmiş prezidentin vəkillər qrupu məşğuldur.

O bildirib ki, vəkillər hələlik işlə hərtərəfli tanış olmayıblar:

“İrəli sürülən ittihamlar vergidən yayınma və çirkli pulların yuyulmmasıdır. Hazırda bundan artıq məlumat yoxdur”.

Milli Təhlükəsizlik Xidmətindən Azatutyun radiosuna deyiblər ki, hələlik bu barədə rəsmi bəyanatın verilməsini lazım bilmirlər.

Sedrak Kocharian özünə qarşı cinayət işinin açılmasını hakimiyyətin onun ailəsinin üzərinə hücumu hesab edir.

O əlavə edib ki, ailəsinə qarşı “bu mənəviyyatsız hücum” atrıq on aydır davam edir.

Sedrak Kocharianın sözlərinə görə Ermənistanın baş naziri Nikol Pashinian Kocharian ailəsini çoxdan, hələ jurnalist olduğu vaxtlardan hədəfləyib.

O Pashinianı 2008-ci il martın 1-də toqquşma təxribatı yaradıb meydandan qaçmaqda və ona inanmış insanları taleyin hökmünə buraxmaqda” ittiham edib.

Xatırlatma

Ötən il iyulun 27-də Yerevan Şəhər Məhkəməsi Robert Kocharian-ın 2 ay müddətinə həbsi barədə qərar çıxarmışdı. Lakin avqustun 13-də Apellyasiya Məhkəməsi bu qərarı ləğv edərək Kocharian-ı sərbəst buraxmışdı.

Apellyasiya Məhkəməsinin qərarından həm Baş Prokurorluq, həm də Kocharian-ın vəkilləri şikayət vermişdilər.

Dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini bərpa edib.

Kocharian 2008-ci ildə, hakimiyyətinin son həftələri ərzində müxalif etirazçılara qarşı gücdən istifadəylə bağlı ittiham olunur. Keçmiş prezidentin əsgərlərə müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verdiyi bildirilir. Müxalifətçilər prezident seçkisinin nəticələrinə etiraz edirdilər.

Həmin ilin 1-2 mart toqquşmaları zamanı 8 etirazçı və iki polis əməkdaşı həlak olub.

Kocharian ittihamları rədd edir, hazırkı hökumətin ona qarşı siyasi qisasçılıq etdiyini deyir.

Onun vəkilləri bu yaxınlarda Kocharianın həbs müddətinin daha iki ay uzadılmasına dair birinci instansiya məhkəməsinin 18 yanvar tarixli qərarından apellyasiya şikayəti veriblər.

Apellyasiya Məhkəməsi fevralın 7-də vəkillərin bu vəsatətini rədd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG