Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:12

11 şahzadə, 4 nazir və 10 keçmiş nazir birdən həbs edildi


Şahzadə Mohammed bin Salman

Səudiyyə Ərəbistanında tanınmış biznesmen, milyarder şahzadə Alwaleed bin Talal, digər 10 şahzadə, 4 nazir və 10 keçmiş nazir həbs edilib.

Onların korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində tutulduğu deyilir.

Alwaleed bin Talal dünyanın ən zəngin adamlarından biridir, News Corp, Citigroup, Twitter və bir çox başqa böyük şirkətlərdə payı var.

O həm də ərəb ölkələrində populyar olan bir sıra telekanalların sahibidir.

Müşahidəçilər bunu Kral Salmanın sevimli oğlu, onun baş məsləhətçisi, taxt-tacın varisi şahzadə Mohammed bin Salman-ın öz mövqelərini möhkəmlətmək cəhdi sayırlar. Bunu "Nyu York Tayms" yazır.

Həbs xəbəri kralın fərmanı ilə anti-korrupsiya komitəsinin yaradılması və Mohammed bin Salman-ın həmin komitəyə rəhbəri təyin edilməsi haqda məlumatdan sonra yayılıb.

32 yaşlı varisin orduda və xarici işlər nazirliyində də mövqeləri güclüdür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG