Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 01:32

Ermənistan və Fransa prezidentləri martın 8-də Parisdə Qarabağ münaqişəsinin həlli prosesi, ikitərəfli və beynəlxalq münasibətlərlə bağlı məsələləri müzakirə ediblər.

Bu barədə martın 9-da AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.

Fransa prezidenti Francois Hollande deyib ki, onun ölkəsi Qarabağ münaqişəsinin həllində faydalı ola bilər.

“Biz Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrik. lazımi siyasi həll yolu tapmaq və son aylar və həftələrdə baş verən faciəvi insidentlərin təkrar olunmasından qaçmaq istəyirik. Monitorinq missiyasının həyata keçirilməsi və sülhə qarşı yönələn hərəkətlərin qarşısını almaq üçün mexanizm hazırlamaq lazımdır” Francois Hollande Ermənistan prezidenti Serzh Sarkisianla keçirdiyi birgə mətbuat konfransında deyib.

Serzh Sargsyan və Francois Hollande

Serzh Sargsyan və Francois Hollande

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur.

Bu qrupa ABŞ, Rusiya və Fransa həmsədrlik edirlər.

Fransa prezidenti Osmanlı imperiyası dövründə Terkiyədə “ermənilərin soyqırımına məruz qalması” məsələsi və bununla bağlı 2015-ci ildə Yerevanasəfərinə də toxunub.

Francois Hollande deyib ki, o, bu səfərlə təsdiqləmək istəyib ki, Fransa “ermənilərin soyqırımına məruz qalması”nın tanınması prosesini dəstəkləməkdə davam edəcək.

Qeyd edək ki, Ermənistan Osmanlı imperiyası dövründə-1915-ci ildə 1,5 milyon erməninin “soyqırımı”na məruz qaldığını iddia edir.

Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən kütləvi ölənlər olduğunu deyir.

Francois Hollande mətbuat konfransında həmçinin Fransa ilə Ermənistan arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirib.

Öz növbəsində Sarkisian ikitərəfli və regional məsələlər də daxil olmaqla hər iki ölkənin bütün məsələlərdə mövqeinin yaxın olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG