Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:45

Saakaşvili Gürcüstanı ‘xilas etməyə’ qayıdacağını deyir


Mixeil Saakaşvili
Mixeil Saakaşvili

Saakaşvili Facebook videosunda seçkidən sonra etirazlara çağırıb

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “ölkəsini xilas etmək üçün” oktyabrın 2-də qayıdacağını deyir. Həmin gün Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.

Hazırda Ukraynada yaşayan Saakaşvili həbs təhlükəsinə baxnmayaraq Tbilisiyə qayıtmağı planlaşdırıb. Özü ittihamları siyasi motivli adlandırır.

“Həbs olunacaq”

“Gürcüstanın taleyi həll olunur, Gürcüstanın salamatlığı risk altındadır və bu səbəbdən oktyabrın 2-si axşama bilet almışam ki, sizinlə birlikdə olum, sizin siyasi iradənizi sizinlə qoruyum, Gürcüstanın xilasında iştirak edə bilim”, – Saakaşvili Facebook səhifəsində yazıb, biletinin fotosunu da paylaşıb.

Baş nazir İrakli Qaribaşvili Saakaşvili qayıdacağı halda həbs olunacağını deyib.

“Saakaşvili torpağımıza ayaq basan kimi həbs olunaraq həbsxanaya göndəriləcək”, – İnterfaks Qaribaşviliyə istinadla yazır.

2018-ci ilin iyununda Gürcüstanda məhkəmə Saakaşviliyə altı il həbs cəzası kəsib. O, prezident olanda parlamentin müxalifətdən olan üzvünü döyməsinə dair dəlili ört-basdır etməyə çalışmaqda, hakimiyyətdən sui-istifadədə təqsirli bilinib.

Gürcüstanda hakim Gürcü Arzusu partiyası ilə Saakaşvilinin dəstəklədiyi müxalifət arasında gərginlik var. Müxalifət ötən ilki parlament seçkilərinin saxtalaşdırıldığını deyir.

Etirazlara çağırır

Beynəlxalq müşahidəçilər isə həmin seçkinin rəqabətli keçdiyini, fundamental azadlıqlara hörmətlə yanaşıldığını bildirirlər.

Saakaşvili Facebook videosunda seçkidən sonra etirazlara çağırıb.

“Hamımız səs verərək mövqeyimizi göstərməliyik, məntəqələr bağlanandan sonra şəhərlər və kəndlərdə küçələrə çıxaraq səslərimizi və qələbəmizi qorumalıyıq”, – müxalifətin Birləşmiş Milli Hərəkatını dəstəkləyən Saakaşvili deyib.

Gürcü Arzusu Avropa Birliyinin vasitəçiliyi ilə müxalifətlə əldə olunmuş siyasi razılaşmanı ləğv edib. Hakim partiya bələdiyyə seçkilərində azı 43 faiz səs yığmayacağı halda erkən parlament seçkiləri keçirməyə razılaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG