Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:40

Gürcüstan Azərbaycan və Ermənistana 'Tbilisi platforması' təklif edir


İrakli Qaribaşvili
İrakli Qaribaşvili

Gürcüstan Ermənistan və Azərbaycanın ən yüksək səviyyədə təmasları üçün Tbilisidə platforma yaradılmasını təklif edib

Gürcüstan Ermənistan və Azərbaycanın ən yüksək səviyyədə təmasları üçün Tbilisidə platforma yaradılmasını təklif edib.

Bu barədə təklifi Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 27-də brifinq zamanı səsləndirib:

“Biz iyun ayında misilsiz bir presedent yaratdıq. Bizim ölkəmiz uğurlu bir vasitəçi kimi humanitar əməliyyat həyata keçirdi. Nəticədə 15 erməni hərbi əsir azad olundu, Azərbaycana isə minalanmış sahələrin xəritələri verildi. Bu həqiqətən də misilsiz bir hadisə idi”.

Ölkəsinin təklifi barədə məlumat verən Qaribaşvili daha sonra deyib:

“30 il bundan əvvəl müstəqilliyimizi əldə edəndən bəri hələ belə hal olmamışdı ki, Gürcüstan iki qonşusu arasında vasitəçilik etsin. Mənim təşəbbüsüm sülh prosesinin daha yüksək səviyyədə davam etdirilməsini nəzərdə tutur. Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçiliyimizi və Tbilisidə yaratmaq istədiyimiz platformadan istifadəni təklif edirik”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xatırladır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın dediyinə görə, Ermənsitanın baş naziri Nikol Paşinyan onunla görüşmək istədiyini Ankaraya Gürcüstan baş nazirinin vasitəsilə çatdırmışdı.

XS
SM
MD
LG