Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:05

Erdoğan və Qaribaşvili Nyu Yorkda Qafqazı müzakirə ediblər


Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 22-də Nyu Yorkda Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşüb
Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 22-də Nyu Yorkda Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşüb

Gürcüstan baş naziri bu görüş zamanı deyib ki, onun ölkəsinin məqsəd və prioriteti regionda sülh və stabilliyə dəstək verilməsidir

Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 22-də Nyu Yorkda keçirilən BMT Baş Assambleyası 76-cı sessiyası əsnasında Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşüb.

Gürcüstan baş naziri bu görüş zamanı deyib ki, onun ölkəsinin məqsəd və prioriteti regionda sülh və stabilliyə dəstək verilməsidir.

Qaribaşvili yada salıb ki, bu yaxınlarda Azərbaycan və Ermənistan arasında danışıqlarda Gürcüstan və ABŞ-ın vasitəçiliyi ilə erməni əsirlərinin azad edilməsi “qonşular arasında bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsi üçün əla bünövrə olub”.

Türkiyə prezidenti və Gürcüstan baş naziri ölkələri arasında mövcud olan sıx əməkdaşlıqdan razılıq ifadə ediblər.

Qaribaşvili Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə “xüsusi dəstəyinə”, habelə ölkəsinin Avropa və Avro-Atlantika məkanına inteqrasiyasında Ankaranın köməyinə görə prezident Erdoğana minnətdarlığını bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG