Rusiyada miqrant işçilərin həyatı heç vaxt asan olmayıb. Amma millətçiliyin güclənməsi və iqtisadiyyatın zəifləməsi ilə 2013-cü ildə onlar daha çox zorakılıq və düşmənçilik hədəfinə çevriliblər. yay aylarında ölkə boyu aparılan kütləvi reydlərdə Orta Asiya və Qafqazdan olan minlərlə miqrant saxlandı, bəzi hallarda onlar ölkələrinə deportasiya edildilər. Rusiyada işçi miqnatların ötən il ərzində üzləşdikləri problemlər 20 fotoda.
Rusiyada miqrantların ötən il üzləşdikləri problemlər fotolarda
1
Bir polis əməkdaşının yaralanması ilə nəticələnmiş hücumdan sonra Moskva bazarlarında aparılan reydlərdə yüzlərlə miqrant saxlanıb. İyul 2013.
2
Moskvada tikintidə çalışan miqrantlar polisin reydlərindən az əvvəl. Yanvar 2013
4
Tikintidə çalışan miqrant fəhlələr kilsədə dini ayini seyr edirlər. May 2013
6
Keçmiş Çerkizov bazarının yerində qurulmuş qanunsuz miqrantlar üçün düşərgəni mühafizə edən polis əməkdaşı. Moskva rəhbərliyi qanunsuz əməllərdə ittiham edərək bu bazarı 2009-cu ildə bağlamışdı. Avqust 2013