Ukrayna Rusiyanı razılaşmanı pozmaqda günahlandırır
Kremlsə martın 30-da münaqişənin həlli ilə bağlı Kiyevin yazılı tələblər ortaya qoymasını alqışlayıb, amma, hələlik, irəliləyiş əlaməti olmadığını bildirib.
Ukrayna Rusiyanın yeni hücumuna hazırlaşır
Ukrayna Prezidenti Vladimir Zelenski ordusunun ölkənin şərqində döyüşlərin qızışmasına hazırlaşdığını deyir. O, Rusiyanın hərbi aktivliyi azaltmaq vədlərini "gözəl ifadələr" adlandırıb. Zelenski xəbərdarlıq edib ki, Rusiya qüvvələri şərqi Donbas regionunda yeni hücuma hazırlaşırlar. Ətraflı
Rusiya və Ukrayna iqtisadiyyatlarında azalma proqnozu
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Rusiya və Ukrayna iqtisadiyyatlarının, uyğun olaraq, 10 və 20 faiz azalacağını bildirir. İki ölkə arasındakı müharibə son yarım əsrin ən böyük təchizat zənciri şokuna səbəb olub, - bank qeyd edir. Ətraflı
Rusiya sanksiyalar altında. Vodka cüzi bahalanıb
"The Economist" Rusiya marketlərində təlaşın səngidiyini yazır. Martın əvvəlindən rublun məzənnəsi qalxır, hətta müharibədən əvvəlki səviyyəyə yaxınlaşır. Hökumət və bir çox şirkətlər xarici valyutadakı istiqrazlar üzrə ödənişləri edirlər. Banklardan 3 trilyon rubl (31 milyard dollar) vəsait çıxarılmışdı, amma proses dayanıb, rusiyalılar nağd vəsaiti yenidən hesablara yatırırlar. Ətraflı