NATO: Rusiya qoşunlarını vəd etdiyi kimi geri çəkmir
NATO-nun Baş katibi Yens Stoltenberq deyir ki, Rusiya qoşunlarını dediyi kimi geri çəkmir, əvəzində onların mövqeyini dəyişdirir. Martın 31-də mətbuat konfransında danışan Stoltenberq deyib ki, qoşun yerdəyişməsinin əlavə hücumlarla nəticələnəcəyini gözləyir. Ətraflı
Rusiya sanksiyalar altında. Vodka cüzi bahalanıb
"The Economist" Rusiya marketlərində təlaşın səngidiyini yazır. Martın əvvəlindən rublun məzənnəsi qalxır, hətta müharibədən əvvəlki səviyyəyə yaxınlaşır. Hökumət və bir çox şirkətlər xarici valyutadakı istiqrazlar üzrə ödənişləri edirlər. Banklardan 3 trilyon rubl (31 milyard dollar) vəsait çıxarılmışdı, amma proses dayanıb, rusiyalılar nağd vəsaiti yenidən hesablara yatırırlar. Ətraflı
Rusiya və Ukrayna iqtisadiyyatlarında azalma proqnozu
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Rusiya və Ukrayna iqtisadiyyatlarının, uyğun olaraq, 10 və 20 faiz azalacağını bildirir. İki ölkə arasındakı müharibə son yarım əsrin ən böyük təchizat zənciri şokuna səbəb olub, - bank qeyd edir. Ətraflı
Ukrayna Rusiyanın yeni hücumuna hazırlaşır
Ukrayna Prezidenti Vladimir Zelenski ordusunun ölkənin şərqində döyüşlərin qızışmasına hazırlaşdığını deyir. O, Rusiyanın hərbi aktivliyi azaltmaq vədlərini "gözəl ifadələr" adlandırıb. Zelenski xəbərdarlıq edib ki, Rusiya qüvvələri şərqi Donbas regionunda yeni hücuma hazırlaşırlar. Ətraflı