Stoltenberq: Rusiya məsuliyyətsiz nüvə ritorikasına son qoymalıdır
NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, Rusiya anlamalıdır ki, heç vaxt nüvə müharibəsində qalib gələ bilməz və alyans öz müttəfiqlərini qorumağa hazırdır.
Rusiyanın Ukrayna qətnaməsi BMT-də keçmədi
Martın 23-də Rusiyanın Ukraynaya yardıma və dinc sakinlərin qorunmasına çağırdığı qətnamə BMT-nin Təhlükəsizlik Şurasından keçməyib. Qətnamədə Moskvanın bu böhranda rolu qeyd olunmurdu. Yalnız Rusiya və Çin qətnamənin lehinə səs verib, digər 13 üzv səsverməyə qatılmayıblar. Ətraflı
Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'
Ailə bayram da keçirə bilmir: "Rubl qiymətdən düşəndən sonra ərim geri qayıtmaq qərarına gəldi, amma sərhəddən buraxmırlar".
'Ağır küçə döyüşləri olacaq'
Medison Siyasət Forumunun icraçı direktoru Liam Kollinzin fikrincə, hazırda Rusiya Prezidenti Vladimir Putinin itkiylə geri çəkilməsi istisna olunur. Ukraynalılar isə kapitulyasiya edən deyillər: "Onlar suverenlikdən əl çəkərək Rusiyanın peykinə çevrilməyəcəklər və buna görə də müharibə uzanacaq. Məncə, bu müharibəni tez bitirəcək bir şey yoxdur və bunun uzun, uzun bir proses olacağı gözləyirəm". Ətraflı