Rusiya qazını rublla satacaq
Rusiya "qeyri-dost" ölkələrə qazı rublla satacaq. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. "Qeyri-dost adlanan ölkələrə göndərdiyimiz təbii qaza görə ödəniş Rusiya rublu ilə olmalıdır. Yəni, bu hesablaşmalarda özlərini etibardan salmış valyutalardan imtina edirik", - o söyləyib. Ətraflı
Çubays Rusiyadan gedib
Rusiya prezidentinin dayanıqlı inkişaf məsələləri üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın istefa verərək ölkədən getdiyi bildirilir. "Bloomberg" vəziyyətdən agah iki nəfərə istinadla Çubaysın Putinin Ukrayna müharibəsinə qarşı çıxdığını yazır. Ətraflı
Rusiyadan göndərilən pul kəsilir, kasıblıq arta bilərmi?
Ukraynaya qarşı apardığı müharibəyə görə sanksiyalar qarşısında olan Rusiyada iqtisadi vəziyyət gərginləşir. Bu ölkədə çalışan azərbaycanlılar da ölkələrinə əvvəlki kimi pul göndərə bilmirlər.
Kreml nüvə silahından istifadəni istisna etmir
"Bizim daxili təhlükəsizlik konsepsiyamız var və ictimaiyyətə açıqdır. Nüvə silahlarının istifadə oluna bilmə səbəblərini oradan oxuya bilərsiniz. Ölkəmizin varlığına təhlükə yaranarsa, konsepsiyamıza uyğun olaraq bu silahdan istifadə edilə bilər", – Peskov martın 22-də CNN-ə deyib. Ətraflı