Borrel Moskvanı danışıqları uzatmaqda suçlayır
Avropa İttifaqının aparıcı diplomatı Jozep Borrel deyir ki, Rusiya Ukrayna ilə atəşkəs danışıqlarını uzadır və səbəbsiz müharibədə məqsədlərinə çatmayınca müzakirələrə ciddi yanaşmayacaq. Martın 24-də İspaniyanın TVE televiziyasına müsahibəsində Borrel deyib ki, Rusiya Prezidenti Vladimir Putinin məqsədi Ukraynanı su hövzələrinə çıxışını məhdudlaşdırmaq üçün Moldovayadək uzanan Qara dəniz sahilini tutmaqdır. Ətraflı
Zelenski NATO-dan əlavə kömək istəyir
"Xalqımızı və şəhərlərimizi xilas etməkdən ötrü Ukraynaya məhdudiyyətsiz hərbi yardım lazımdır. Necə ki Rusiya öz tam arsenalından bizə qarşı məhdudiyyətsiz istifadə edir", – Zelenski videoəlaqə vasitəsilə NATO liderlərinə deyib. Ətraflı