Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:39

Türkmənistan da Moskvanın ‘strateji partnyoru oldu’


Vladimir Putin (sağda) və Qurbanqulı Berdımuxammedov oktyabrın 2-də Aşqabadda görüşüblər
Vladimir Putin (sağda) və Qurbanqulı Berdımuxammedov oktyabrın 2-də Aşqabadda görüşüblər

Rusiya və Türkmənistan prezidentləri “strateji partnyorluq” haqqında saziş imzalayıblar.

AzadlıqRadiosu yazır ki, bu iki keçmiş sovet resopublikası arasındakı münasibətlərə zaman-zaman fikir ixtilafları kölgə salıb.

Prezident Vladimir Putin mahiyyəti etibarilə daha çox rəmzi məna daşıyan bu sazişi türkmən həmkarı Qurbanqulı Berdımuxammedovla oktyabrın 2-də Aşqabada bir günlük səfəri zamanı imzalayıb. Putin Türkmənistan paytaxtına son dəfə 5 il bundan əvvəl səfər etmişdi.

Bu səfəri zamanı Putin iki ölkə arasında ticarət həcmlərinin “təəssüf ki” 2016-cı ildə azaldığından gileylənib və bu mənfi meylin yaxın gələcəkdə aradan qalxacağına ümid ifadə edib.

Öz növbəsində Berdımuxammedov deyib ki, onun ölkəsi regionda Rusiya ilə qarşılıqlı əməkdaşlığa hazırdır.

Türkmənistan prezidenti bunu da deyib ki, o “Rusiyanın Mərkəzi Asiyadakı maraqlarına hörmət edir və bunları başa düşür”.

Berdımuxammedov bunu da bildirib ki, o, “Rusiyanın Əfqanıstandakı hadisələrə müdaxiləsinin əhəmiyyətini yüksək qiymətləndirir”.

Bu görüş zamanı daha bir neçə sazişlər imzalanıb. Bunlardan biri də iki ölkə arasında miqrasiyanın tənzimlənməsi məqsədilə paytaxtlarda təmsilçilik ofislərinin açılmasıdır.

AzadlıqRadiosu yazır ki, Putinin səfərindən cəmi bir neçə gün əvvəl Türkmənistanın dövlət telekommunikasiya şirkəti Rusiyanın ən böyük mobil telefon əməliyyatçısı MTS-in bu ölkədəki fəaliyyətini dayandırıb.

MTS sentyabrın 29-da bildirmişdi ki, şirkət Türkmənistandakı fəaliyyətinin bərpa edilməsi məqsədilə rəsmi Aşqabadla danışqılar aparır.

Lakin nə Putin, nə də Berdımuxammedov oktyabrın 2-də keçirilmiş görüş zamanı bu münaqişədən söz açmayıblar.

Rusiya və Türkmənistan arasında əvvəllər, xüsusilə də təbii qazın nəqli ilə bağlı mübahisələr olub.

Türkmənistan neytral bir ölkə olduğunu bildirir və Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəslzik Müqaviləsi Təşkilatlının üzvü deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG