Kreml TRIPP-ə qırmızı xətt çəkdi – 'Layihənin gələcəyi dumanlıdır'
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan ərazisindən keçəcək TRIPP ("Tramp marşrutu") layihəsinin Rusiyasız reallaşması qeyri-mümkündür. Nazir müavini Mixail Qaluzin vurğulayıb ki, Yerevan bu məsələdə mütləq Rusiya və Avrasiya İqtisadi İttifaqının (Aİİ) mövqeyini nəzərə almalıdır. Rusiyalı diplomatın sözlərinə görə, ABŞ-nin regiondakı fəallığı İran və Çin tərəfindən də narazılıqla qarşılanacaq. O, layihənin icra perspektivlərinin dumanlı olduğunu əlavə edib. Keçmiş diplomat Nahid Cəfərov da TRIPP-in gələcəyinə şübhə ilə yanaşır. Ekspert hesab edir ki, ABŞ-də hakimiyyətə demokratlar gələrsə, adında Trampın imzası olan bu layihəni dəstəkləməkdə maraqlı olmayacaqlar.
Arxiv
-
Sentyabr 04, 2026Kinematoqrafçılar İttifaqında nələr baş verir? 'Azad düşüncəyə hücumdur'
-
Sentyabr 03, 2026Dini tənqid edən bloqerə hücum olub: 'Mən deyən olmalıdır'
-
Sentyabr 03, 2026Həkimlərin maaşı artdı - Xaricə axın azalacaq?
-
Sentyabr 02, 2026Məktəb direktorları necə seçilir? 'Müstəqil olanların şansı azdır'