Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 08:33

Rusiya qırıcısı ABŞ hərbi təyyarəsinin iki metrliyindən uçub


EP-3 müşahidə təyyarəsi (Foto arxivdəndir)
EP-3 müşahidə təyyarəsi (Foto arxivdəndir)

ABŞ hərbi hava donanmasının verdiyi xəbərə görə Rusiyanın bir hərbi təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava məkanında ABŞ müşahidə təyyarəsinin 2 metrliyindən uçub.

Məlumatda bildirlir ki, ABŞ-ın EP-3 Aries II müşahidə təyyarəsi missisyasını vaxtından əvvəl başa vurmalı olub.

Bu da qeyd olunur ki, “tutulma” əməliyyatı 40 dəqiqəyə qədər çəkib və bu zaman EP-3 Rusiya təyyarəsinin arxasında yaranan burulğanın içində uçmalı olub.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Su-27 qırıcısı “ABŞ-ın EP-3 Aries II elektron döyüş və kəşfiyyat təyyarəsini tutub”.

Moskva bildirib ki, insident zamanı “bütün təhlükəsizlik qaydalarına” əməl olunub.

ABŞ hərbi-hava donanmasının bəyanatında deyilir ki, “Rusiya təyyarələri təhlükəsizliyin gözlənməsi və insidentlərin önlənməsi məqsədilə beynəlxalq standartlar çərçivəsində davranmalıdır”.

Bəyanatda deyilir ki, “təhlükəli hərəkətlər səhv buraxılması və səmada toqquşma riskini artırır”.

Son illərdə Rusiya və NATO təyyarələri arasında Qara dəniz, Baltik regionu, Suriya və başqa yerlərdə buna bənzər çoxsaylı insidentlər yaşanıb.

Qara dəniz üzərindəki insidentlər, Rusiya Krımın ilhaqından sonra bu bölgədəki hərbi fəaliyyətini artırandan sonra çoxalıb.

Ötən npyabrda ABŞ rəsmiləri xəbər vermişdilər ki, Rusiyanın Su-30 təyyarəsi ABŞ-ın P8-A Poseidon təyyarəsini təhlükəli bir tərzdə “tutmağa” çalışıb.

Bu hadisə zamanı da ABŞ təyyarəsi Rusiya qırıcısının yaratdığı hava burulğanında uçmalı olub.

2014-cü ilin aprelində Rusiyanın iki qırıcısı ABŞ-ın idarə olunan raket silahlı eskadra minadaşıyan gəmisinin çox yaxınlığından uçub.

ABŞ-ın Avropadakı hərbi komandanlığı insident barədə Rusiya tərəfinə xəbərdarlıq edib.

XS
SM
MD
LG