Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:27

Rusiyaya yeni sanksiya paketi haqda nələri bilməliyik


ABŞ-Rusiya

ABŞ prezidenti Donald Trump «Amerikanın düşmənləri ilə sanksiyalar vasitəsilə mübarizə aktı» adlı sənəd imzalayıb. Sənəd İran, Şimali Koreya və Rusiyaya mövcud sanksiyalara dəyişiklikləri nəzərdə tutur.

Akta əlavə olunmuş müraciətdə Trump qanunu «milli birlik məqsədilə» imzaladığını deyib.

Bəs indi Rusiya üçün nə dəyişəcək? CurrentTime.TV portalı bu haqda yazır.

ABŞ prezidenti sanksiyaları birbaşa ləğv edə bilməyəcək

Artıq ABŞ prezidenti keçmiş prezident Barack Obama-nın ayrı-ayrı sərəncamları ilə qoyulmuş sanksiyaları ləğv edə bilməyəcək. Bundan ötrü o, Konqresin xeyir-duasını almalı olacaq.

Prezident sanksiyaların ləğvini əsaslandırmaqdan ötrü tutarlı informasiya (bu, məsələn, Minsk sazişinin şərtlərinin yerinə yetirilməsi ola bilər) təqdim etməli, bunun ABŞ-ın maraqlarına uyğunluğunu təsdiqləməli olacaq.

ABŞ Konqresi prezidentin müraciətinə 30 gün ərzində cavab verməlidir.

Sanksiyalar nə üçün tətbiq olunub

Sənəddə Krımın ilhaqı və Rusiyanın Şərqi Ukraynadakı münaqişədə iştirakı, Suriyaya silah ötürməsi və kibertəhlükəsizliyi pozmaqla bağlı fəaliyyəti qeyd edilir.

***Buna da bax-ABŞ-Rusiya diplomatik böhranı birinci dəfə deyil...

Sanksiyalar aşağıdakı fəaliyyət növlərini əhatələyir:

– kibertəhlükəsizlik;

– neft layihələri;

– korrupsiya;

– insan hüquqlarının pozulması;

– sanksiyalardan yayınmaq cəhdləri;

– maliyyə institutları;

– Rusiyanın müdafiəsi və kəşfiyyatı ilə qarşılıqlı əlaqələr;

– ixrac boru kəmərləri;

– dövlət aktivlərinin dövlət məmurları tərəfindən özəlləşdirilməsi;

– Suriyaya silah satışı.

Trump və Putin dövlət başçısı kimi ilk dəfə görüşdülər
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Sanksiyalar kimə şamil oluna bilər

Bu dəfə sanksiyalar Rusiyanın neft hasilatı layihələri, neft və qaz kəmərlərinin tikintisinə bağlılığı olan şirkətlərə də şamil oluna bilər. Bundan başqa, Rusiyanın müdafiə sahəsi ilə qarşılıqlı əlaqələri olan qurumlar, Baş Kəşfiyyat İdarəsi və FTB də sanksiyaları hiss edə bilər.

Bundan əlavə, yeni qanuna görə, Rusiya Federasiyasının zorla işğal etdiyi və ya onun hökumətinin nəzarətində olan istənilən ərazidə ciddi insan hüquqları pozuntularında iştirak edən şəxslər də sanksiyaya məruz qala bilər. Sanksiyalar ədalətsiz özəlləşdirmə və korrupsiya sxemlərində iştirak edən şəxslərə və qurumlara da aid ediləcək.

Suriyayla bağlı sanksiyalar bu ölkənin hökumətinin kimyəvi, bioloji və nüvə silahı, yaxud da «sabitliyi pozacaq» miqdarda adi silah növləri, ballistik və qanadlı raketlər hazırlamasına və əldə etməsinə yardım edən şəxslərə qoyulacaq.

***Buna da bax-Rusiya ABŞ-dan diplomatik heyəti azaltmağı tələb edir

Sənədin tələblərinə əsasən, əvvəlki kimi, sanksiya siyahılarını Xarici Aktivlərə Nəzarət Şöbəsi formalaşdıracaq. Bu qurum ABŞ Maliyyə Nazirliyinin sanksiyalar sahəsində qanunvericiliyin icrasına cavabdeh strukturudur.

Sanksiyalara nələr daxil ola bilər

– bank xidmətlərinin göstərilməsindən imtina;

– sanksiyaya məruz qalan şəxs üçün mal və xidmətlərin ixracı zamanı bank xidmətləri göstərilməsindən imtina;

– sanksiyaların aid edildiyi şəxsə mal və məhsulların ixracından imtina;

– (ildə) 10 milyon dollardan artıq kreditlərin verilməsindən imtina. Bu pulların «insan iztirabının yüngülləşdirilməsinə yönəlmiş fəaliyyət» üçün nəzərdə tutulduğu hallar istisnadır;

– sanksiya qoyulan şəxslərə kreditlərin verilməsinin önlənməsi üçün beynəlxalq maliyyə qurumlarında səs hüququndan istifadə;

– ABŞ-ın sanksiyaların əhatələdiyi şəxslərdən mal və xidmətləri satın almaqdan imtinası;

– sanksiyaya məruz qalan qurumlardan borc və ya payın satın alınmasına qadağa;

– daşınmaz əmlak əməliyyatlarının gerçəkləşdirilməsindən imtina;

– aktivlərin bloklanması;

– viza verilməsindən imtina və ya ABŞ ərazisindən qovma.

Diplomatik müharibə: Rusiya və ABŞ necə dalaşırdı?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

İstisnalar

Sanksiyalar Amerika Milli Kosmik Agentliyinin NASA) fəaliyyətinə təsir göstərən hallara, habelə Amerika şirkətlərinin kosmik uçuşlarına, Pentaqonun kontraktorları və subkontraktorlarının (raket) hissələrini satın almasına aid edilmir.

***Buna da bax-Medvedev: 'Sanksiyalar qanunu daha yaxşı əlaqələrə ümidləri bitirdi'

Bu, təsadüfi deyil: «Roskosmos» və NASA Beynəlxalq Kosmik Stansiya ilə bağlı kosmik sahədə sıx əməkdaşlıq edirlər. Bundan başqa, məsələn, Əfqanıstan daha öncə Rusiyadan aldığı «Mi-17» helikopterlərinə baxılmasında ABŞ maliyyəsindən yararlanır.

Rusiyanın reaksiyası

Rusiya prezidenti Vladimir Putin yeni sanksiya paketinin qəbul edilməsini «yekəxanalıq» adlandırıb. O deyib ki, «Rusiya cavab verməli olacaq».

Baş nazir Dmitry Medvedev-sə yazıb ki, «Amerikanın yeni administrasiyası ilə münasibətlərimizin yaxşılaşmasına ümid bitdi».

Kreml artıq bir müddət öncə ABŞ-dan Rusiyada çalışan səfirlik və konsul xidmətləri əməkdaşlarının 755 nəfərini ixtisara salmağı tələb edib. Bundan başqa, Kreml ABŞ diplomatlarına Moskvadakı Serebryanıy Bordakı bağdan (daça) və Çertanovodakı anbardan istifadəni yasaqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG