Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 01:44

Rusiya ABŞ-dan diplomatik heyəti azaltmağı tələb edir


-

Rusiya xarici işlər nazirliyi deyib ki, ABŞ Rusiyadakı diplomatik heyəti azaltmalıdır. Bu heyət sentyabrın 1-nə qədər 455 nəfərə endirməlidir.

Nazirlik bildirib ki, ABŞ səfirliyi indiyə qədər istifadə etdikləri villanı və anbarısa avqustun 1-dən istifadə edə bilməz.

Həmçinin bildiriblər ki, Birləşmiş Ştatlar eks prezident Barack Obama dövründə qovulan 35 diplomatından əlavə hətta birinin belə ölkədən çıxarılması müqabilində sərt cavab verəcək.

Nazirlik bu açıqlamasını iyulun 28-də, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirən layihəsindən sonra edib.

ABŞ Senatı iyulun 27-də Rusiyaya sanksiyaları sərtləşdirən layihəni yekdilliklə qəbul edib. İran və Şimali Koreyaya da yeni sanksiyalar qoyan layihə 98-2 səs çoxluğuyla qəbul olunub.

Bildirilir ki, yeni sanksiyaların məqsədi Rusiyanı ABŞ-dakı prezident seçkisinə iddia olunan müdaxiləsinə, Ukraynaya təcavüzü və Suriyada qanlı vətəndaş müharibəsində hökumətə dəstəyinə görə cəzalandırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG