Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

ABŞ-Rusiya diplomatik böhranı birinci dəfə deyil...


Rusiyanın Vaşinqtondakı səfirliyi
Rusiyanın Vaşinqtondakı səfirliyi

İkinci dünya müharibəsində uğurlu əməkdaşlıqdan bir neçə il keçməmiş SSRİ-ABŞ münasibətlərində ilk böhran başlandı.

1952-ci ilin yazında Moskvaya yeni təyin olunan ABŞ səfiri George Kennan Vaşinqtona ilk hesablatlarının birində yazırdı: “Bizi o qədər uzalqşadırıblar, qadağalarla əl-qolumuzu o qədər bağlayıblar və bizə Sovet hökuməti o qədər məhəl qoymur ki, sanki diplomatik əlaqələr ümumiyyətlə kəsilib.”

Sonda Kennan-ı SSRİ-dən çıxartdılar. Səfirliyin işçi heyəti minimuma endirildi. Buna cavab olaraq ABŞ SSRİ-nin Amerikadakı səfirini qovmadı. Ancaq on illərlə davam edən soyuq diplomatik müharibə başlandı.

SƏFİRLİYİN BİNASI

1970-ci illərdə diplomatik gərginliyin əsas mənbələrindən biri ABŞ səfirliyinin Moskvadakı binası idi. SSRİ-nin xüsusi xidmətləri bu binanın içində nə baş verdiyini öyrənmək üçün heç bir sərhəd tanımırdılar. KQB bu binanın rabitə əlaqələrini kəsmək üçün ona güclü elektromaqnit şüaları da buraxırdı.

Bu, amerikalı diplomatlar arasında əsl həyəcan doğururdu. Keçmiş səfir Walter J. Stoesselin 66 yaşında ağ qan xərçəngindən ölümü onlarda olan şübhələri bir az da artırdı.

Diplomatik müharibə: Rusiya və ABŞ necə dalaşırdı?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

SSRİ ilə Amerika arasında növbəti kəskin böhran 1986-cı ildə oldu. O vaxt Vaşinqtondan SSRİ-nin 80 diplomatı, Moskvadan isə 30 amerikalı diplomat çıxarıldı. SSRİ vətəndaşlarının Amerika səfirliyində işləməsi yasaq olundu. Bütün bunlara səbəb Nyu Yorkda diplomatik işçi kimi çalışan KQB əməkdaşı Gennady Zakharovun həbsi idi. Cavab addımı kimi Moslvada amerikalı jurnalist Nicolas Daniloff həbs olundu.

SSRİ DAĞILANDAN SONRA DA

SSRİ dağılandan sonra müasir Rusiya tarixində Amerika ilə iki diplomatik böhran dövrü olub. 1994-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti və Moskvanın gizli agenti Ames Aldrich həbs olunandan sonra ABŞ və Rusiya səfirliklərdə kəşfiyyat rezidenturalarının başçılarını ölkədən çıxartdılar.

1997-ci ildə isə Rusiya ABŞ-ın İraq əməliyyatına etiraz olaraq Vaşinqtondakı səfirini geri çağırdı.

Və nəhayət, 2017-ci il iyulun 28-də anti-Rusiya sankiyalarına cavab olaraq Rusiya ABŞ-ın Moskvadakı səfirlik işçilərinin 755 nəfər azaldılmasını tələb etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG