Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 02:39

Rusiya MN: Sülhməramlılar iki hərbçini Azərbaycan tərəfinə veriblər


Rusiya sülhməramlısı

Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi Azərbaycan tərəfinə verilib.

Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilmiş xəbərdə deyilir ki, sözü gedən hərbçilər yanvarın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən bu ölkənin Sünik rayonundakı Dığ (Tex) yaşayış məntəqəsində həbs edilmişdilər.

Bu da xəbər verilir ki, yanvarın 30-da Azərbaycan tərəfinin ricası ilə Rusiya sülhməramlı qüvvələrinin tibb dəstəsinin köməyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 16 xəstə əsgəri Vəng məntəqəsindən Tərtər rayonunun Çardaqlı məntəqəsinə evakuasiya edilərək Azərbaycan tərəfinə verilib.

XS
SM
MD
LG