Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Rusiya cavab olaraq İsveçin iki diplomatını ölkədən çıxarıb


Rusiya Xarici İşlər Nazirliyi
Rusiya Xarici İşlər Nazirliyi

İsveç Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın iki diplomatına viza verilməsindən imtina edildikdən sonra Moskva cavab addımı olaraq İsveçin iki diplomatını Rusiyadan xaric edib.

Mayın 8-də verilmiş bu xəbər iki ölkə arasında Stokholmun Moskvanı casusluqda ittiham etməsindən sonra yaranmış gərginliyin daha da artdığını göstərir.

İsveç XİN-in sözçüsü Rasmus Eljanskog deyib ki, Rusiya XİN-in qərarı “təəssüf” doğrurur.

Eljanskog izah edib ki, bundan əvvəl Stokholm Rusiya diplomatlarından birinin vizasını uzatmamış və başqa bir rusiyalı diplomatın ölkəyə gəlməsinə icazə verməmişdi.

Rusiya XİN-in sözçüsü Maria Zakharova Moskvada müxbirlərə bildirib ki, Rusiyanın qərarı İsveçin qərarına cavab olaraq verilib.

İsveç çoxdan bəridir ki, Rusiya tərəfindən özünə qarşı casusluq təhlükəsindən narahatlıq ifadə edir. Ölkə əks-kəşfiyyatının başçısı ötən il demişdi ki, Moskva İsveç üçün “ən böyük kəşfiyyat təhlükəsi” təşkil edir.

Ötən fevralda İsveç hakimiyyət orqanları iddia etmişdi ki, Rusiya kəşfiyyat zabiti tərəfindən ələ alınmış bir texnoloqu həbs edib.

45 yaşlı isveçli özünə qarşı bütün ittihamları rədd edib və martın sonlarında sərbəst buraxılıb.

Adı Yevgeny Umerenko kimi təqdim olunan diplomatın isə bu insidentdən bir neçə həftə sonra İsveçdən çıxarıldığı xəbər verilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG