Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Rusiyada son etirazlara 'Yandex' də müdaxilə edib


"Yandex" Femida kollajı.
"Yandex" Femida kollajı.

Aleksei Navalny-nın məhkəməsi barədə xəbər də bu nəhəng media qurumunun əsas başlıqlarında özünə yer tapmayıb.

Rusiyanın əksər dövlət mediası və iri telekanalları bazar günü – martın 26-da ölkəboyu keçirilən etiraz aksiyalarından heç bir məlumat verməyib. Olub-bitənləri xəbərləyənlərsə, sadəcə, polisin "dəqiq və peşəkar" fəaliyyətini vurğulamağı yetərli sayıblar. Baş verənləri "Vedomosti, "Kommersant", RBK, "Moskovskiy komsomolets", "Meduza", AzadlıqRadiosu kimi geniş auditoriyalı nüfuzlu media qurumları işıqlandırıb. Etiraz aksiyaları ölkənin ən iri xəbər xidməti olan "Yandex.Novosti"nin əsas başlıqlarında da “unudulub”.

Buna da bax:​ Rus merinin Mayamidəki mülkləri üzə çıxıb

"Yandex.Novosti"də günün ilk yarısının əsas süjeti Avroviziya olub. Moskva və Peterburqda həbslərin zirvə nöqtəsinə çatdığı axşam saatlarında isə deputat köməkçisinin intiharı barədə xəbər əsas başlığa çevrilib. Ardınca hava məlumatı əsas mövzu olub. Bazar ertəsi (martın 27-də) Aleksei Navalny-nın məhkəməsi barədə xəbər də bu nəhəng media qurumunun əsas başlıqlarında özünə yer tapmayıb.

Heç bir müdaxilə ola bilməz?

Bu yaxınlarda Navalny-nın seçki kampaniyası hesabının "Yandex.Novosti"dən ayrılması qalmaqal doğurmuşdu. Elə həmin səbəbdən sosial şəbəkə istifadəçiləri martın 26-da keçirilən etiraz aksiyaları barədə xəbərlərin saytın əsas xəbər başlıqları sırasına çıxmamasını "Yandex"in bilərəkdən atdığı addım kimi dəyərləndiriblər. Martın 27-də axşam "Yandex" bəyanat verərək bildirmişdi ki, "heç bir müdaxilə ola bilməz, "Yandex.Novosti"nin işi əvvəlki kimi alqoritmlərə tabedir".

Buna da bax: Kremlin qorxduğu gənc nəsil

Grigory Bakunov
Grigory Bakunov

"Yandex.Novosti"də texnologiyaların yayılması üzrə direktor Grigory Bakunov deyir ki, “Yandex”in ilk beş xəbərinin gündəlik auditoriyası təxminən 20 milyon nəfərdir. Onun sözlərinə görə, səhifəyə gündə 6 milyon adam daxil olur. Bazar günü bu say azalır. "Ötən bazar gününün nəyləsə seçildiyini düşünmürəm", - bu da onun sözləridir.

Bakunov deyir ki, yeni qanunvericiliyə görə, "Yandex.Novosti" ilə müqaviləsi olan tərəfdaşların xəbərləri əsas başlıqlar sırasına çıxır. Müqavilə bağlamayanların xəbərlərini isə saytda axtarışa verməklə görmək olar.

Buna da bax:​ Navalny 15 günlük azadlıqdan məhrum edildi

“Bu barədə danışmağa hazır deyilik”

Bakunov baş verənlərin kənar müdaxilədən qaynaqlanmasına da şübhə edir:

"Mən özüm Sankt-Peterburqda idim, Saray Meydanında maraqlı hadisələr cərəyan edirdi. Təbii ki, biz "Yandex.Novosti"də bu barədə heç bir məlumatın olmamasından rahatsızdıq. Ancaq anlamalıyıq ki, xəbərin ilk beşliyə çıxması üçün o barədə eyni zamanda yetərincə çox xəbər agentliyi və nəşrlər yazmalıdır. Qığılcım olmalıdır... Ciddi müdaxilələrin olduğunu da danmağa meylli deyiləm. Gəlin açıq danışaq: İnsanların beynindən bir xəbəri digərinin köməyilə çıxarmaq düşüncəsi XVIII əsrdə - yetərincə çox insanın qəzet oxumağa başladığı vaxtdan mövcuddur. Bu da həmin şeydir, sadəcə, texnoloji səviyyədə də işləməyə çalışırlar. Biz, hələlik, bu barədə danışmağa hazır deyilik, ancaq araşdıracağıq".

Buna da bax:​ ABŞ Navalny-nın saxlanmasını pisləyir

“Düzgün şüarlar seçin”

Jurnalistin "Rusiyada vəba epidemiyası başlasa, bu barədə xəbər ilk beşliyə düşməyə bilərmi" sualını Bakunov belə cavablandırıb:

"Yox, bu xəbər mütləq düşəcək, çünki hər yerdə bu barədə danışılacaq. Daha yuxarı qalxmaq istəyirsinizsə, düzgün şüarlar seçin, hər yerdə onlardan istifadə edin. Əgər bazar günü hamı yalnız "korrupsiyaya qarşı mitinqdən" yazsaydı, yəqin ki, vəziyyət başqa cür olardı... Məncə, "Yandex"in ilk beşliyinə düşməyə çalışmaq lazım deyil. Axı ilk beşliyi oxumağa gələn adamlar sizin hədəf auditoriyanız deyil - xəbərləri gözücu, yolüstü oxuyan adamlardır. Onlar "Yandex" səhifəsini açıb mətbuatda havadan başqa daha nələrin yazıldığına baxırlar".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG