Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:06

Rus merinin Mayamidəki mülkləri üzə çıxıb


Foto illüstrasiya

Rusiya müxalifətinin lideri Aleksei Navalny-nın təşkilatı bir rus merinin Mayamidəki mülkləri haqda məlumat yayıb. A.Navalny-nın Korrupsiya əleyhinə Fondunun dekabrın 21-də yaydığı hesabatda deyilir ki, Rusiyanın 5-ci böyük şəhəri Nijni-Novqorodun meri Ivan Karnilin-in Mayamidə 2 dəbdəbəli mənzili var. Sahildə yerləşən və dəyəri 2 milyon dollardan çox olan mənzillərdən biri I.Karnilin-in xanımının, digəri isə qızının adınadır.

Fond bu bilgini Florida ştatının daşınmaz əmlak haqda qeydiyyat xidmətindən alıb.

Tədqiqatçılar I.Karnilin-in gəlirləri haqda deklarasiyanı da tapıblar. Orada merin mülkləri haqda məlumat yoxdur.

ABŞ-ın qeydiyyat idarələri mülkə görə I.Karnilin-in ildə 26 min 280 dollar vergi ödədiyini göstərir. Bu isə merin gəlirlərinin 1/3-i deməkdir. Deklarasiyada merin maaşının ildə 4.7 milyon rubl (77 min dollar) olduğu deyilir.

A.Navalny Rusiya prezidenti Vladimir Putin-in sərt tənqidçisidir. Onun təşkilatı Rusiyada yüksəkçinli rəsmilər arasında korrupsiyaya dair məlumatlar yaymaqla tanınır.

XS
SM
MD
LG