Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:02

Navalny 15 günlük azadlıqdan məhrum edildi


 Alexei Navalny, 27 Mart, 2017
Alexei Navalny, 27 Mart, 2017

Moskva Tverskoy məhkəməsi martın 27-də müxalifət fəalı Aleksei Navalny-nı 15 sutkalıq azadlıqdan məhrum edib. O, polisə tabe olmamaqda ittiham olunur.

Bu barədə AzadlıqRadiisu Reuters agentliyi və "Мediazona" -ya istinadla xəbər verir. Amma Navalny ittihamı rədd edir. Polisə heç bir müqavimət göstərmədiyini, işin materialları ilə tanış olmadığını və protokola imza atmadığını deyir.

Qeyd edək ki, məhkəmə elə həmin gün-bir qədər əvvəl, Moskvada qanunsuz aksiyaya təşkil etmə ittihamı ilə onu 350 dollar məbləğində cərimə də edib.

Vəkili Olga Mikhaylova ittihamı əsassız adlandırıb və Navalny-nin birbaşa məhkəmə zalından azad olunmasını tələb edib.

Navalny-nı isə hakimdən baş nazir Dimitry Medvedevin ifadə verməsini istəyib, amma vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Navalny baş naziri korrupsiyada günahlandıran "Korrupsiya ilə Mübarizə Fondu" nun rəhbəridir.

Fond bu yaxınlarda Dimitry Medvedevin xeyli mülk və əmlakı olması barədə apardığı araşdırmaların nəticəsini açıqlayıb.

--

Martın 26-da Moskvada korrupsiya əleyhinə nümayişdə ümumilikdə azı 1030 nəfərin saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosu “OBD-İnfo” saytına istinadla məlumat yayıb.
Məlumata görə, onların əksəriyyəti protokol tərtib edildikdən sonra polis bölməsindən sərbəst buraxılıblar.

Onlar “miyinq, toplantı və nümayişlər keçirilməsi ilə bağlı ölkədə tətbiq edilmiş qaydaları pozmaqda ittiham olunurlar.

Buna görə 20 min rubladək cərimə nəzərdə tutulur.

Amma müxalifət fəalı Aleksei Navalny və korrupsiyaya qarşı mübarizə fondunun Moskva ofisinin bütün üzvləri də daxil olmaqla azı 120 nəfər səhərədək polis şöbəsində qalmalı olublar.

Aleksei Navalny
Aleksei Navalny

İstintaq komitəsi həmçinin polisə hücum faktı ilə bağlı cinayət işi qaldırıb.

Martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilib.

Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Təkcə Moskvada “gəzinti” formatında keçirilən aksiyada 20 minədək adam iştirak edib.

Buna da bax. Antikorrupsiya aksiyasında müxalifət fəalı Navalny saxlanıb. (Video)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG