Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:42

Antikorrupsiya aksiyasında müxalifət fəalı Navalny saxlanıb (Video)


Medvedevin əmlakı haqda film Rusiyada aksiyalara səbəb oldu
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Medvedevin əmlakı haqda film Rusiyada onlarla şəhərdə aksiyaya səbəb oldu

Müxalifət fəalı Aleksandr Navalny Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb. Polis onu Tver küçəsində saxlayıb.

Bu haqda Korrupsiya Əleyhinə Mübarizə Fondunun direktoru Roman Rubanov məlumat verib.

Navalny: “Gününəsas mövzusu korrupsiyayla mübarizədir”
Müxalifət fəalı Aleksandr Navalny saxlanılandan sonra Twitter mesajında etirazçıları aksiyaları davam etdirməyə çağırıb/ O yazır: “Uşaqlar, mən yaxşıyam. Məni azadlığa çıxarmaqla məşğul olmayın. Tverdə yürüşü davam etdirin. Gününəsas mövzusu korrupsiyayla mübarizədir”.


Moskvada keçirilən aksiyada 130-dan çox adam həbs olunub. Aksiya təzə başlayanda isə polis Tver küçəsində Aleksandr Navalnyny saxlamışdı.
Aksiyada “Putinsiz Rusiya” şüarları səslənib. Aksiyaçılar baş nazir Dimitri Medvedevin də istefasına çağırıb.

***Buna da bax: 2016-cı ildə Rusiyada rüşvətxorluq 75% artıb

Martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Vladivastokda keçirilən mitinqdə mindən çox adam iştirak edib. Polis 40 aksiyaçını saxlayıb.

Novosibirskdə keçirilən aksiya isə icazəli olub. Yerli medianın məlumatına görə, bu aksiyada iki mindən çox adam iştirak edib. Müxalifət fəalı Aleksandr Navalny telefonla aksiyaçılara müraciət edib.

Pskov şəhəri, 26 mart 2017
Pskov şəhəri, 26 mart 2017

Tomskda, İrkutskda, Çelyabnskda və Krosnayarskda da yüzlərlə adam küçələrə çıxıb.

Buna da bax: Navalny Medvedevin əmlakı ilə bağlı araşdırmanın nəticələrini açıqladı

Moskvada polis icazəsiz aksiyanın qarşısını almaq üçün hazırlıqlara başlayıb. Hüquq-mühafizə orqanları Tver küçəsindəki bir neçə metro stansiyasının qarşısında yük maşınlarından sədd çəkib.
Korrupsiyaya qarşı Mübarizə Fondunun baş nazir Dmitri Medvedevin əmlakları barədə hazırladığı filmin nümayişindən sonra Rusiyanın onlarla şəhərində ictimai fəallar martın 26-da aksiyalar keçrirəcəklərini bəyan etmişdilər. Navalnynın bildirdiyinə görə, aksiyalar ölkənin 80-dən çox şəhərini əhatə etməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG