Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:36

Navalny Medvedevin əmlakı ilə bağlı araşdırmanın nəticələrini açıqladı


Rusiyalı müxalifətçi Aleksey Navalny-nin “Korrupsiya ilə mübarizə fondu” baş nazir Dimitry Medvedevə məxsus elit əmlak barədə araşdırmanın nəticələrini açıqlayıb.

AzadlıqRadisunun Rusiya xidmətinin yaydığı bu araşdırmada Medvedevin bu əmlakı qanunsuz yollarla əldə etdiyi bildirilir.

Fondun araşdırmasında deyilir ki, məsələn, Rublyovka-da Medvedevlə bağlılığı olan qurumlara aid əmlakı oliqarx Alişer Usmanov bağışlayıb.

Alisher Usmanov və Dimitry Medvedev
Alisher Usmanov və Dimitry Medvedev

Fond təxminən 5 milyard rublluq (təxminən 85 milyon ABŞ dolları) bu hədiyyəni rüşvət hesab edir.

Araşdırmada həmçinin Rublevo-Uspensk yolunun üstündə Medvedevə aid daha bir mülk, habelə Kursk vilayətində iqamətgah, Peterburqda malikanə, Krasnodarsk diyarında dəniz sahilində iki sahə, Soçi ətrafında malikanə, Anapo və İtaliyada üzümlüklər, İvanovsk vilayətində mülk və Medvedevə yaxın qurumun adına sənədləşdirilmiş 2 yaxta olduğu bildirilir.

Araşdırmaya görə, baş nazirin nəzarətində olan fondlar və şirkətlərə məxsus vəsaitlərin ümumi həcmi azı 70 milyard rubl (təxminən1 milyard 200 milyon ABŞ dolları) civarındadır.

Bu pulların mənbəyinə gəldikdə isə, Alişer Usmanovla yanaşı, “Novatek” qaz şirkətinin səhmdarları Leonid Mixelson və Leonid Simanovski, həmçinin “Qazprombank” və “Başneft” şirkətlərinin adları hallanır.

Fondun araşdırmasına görə, bu vəsaitlərin əksər hissəsi ofşor hesablardadır.

Aleksey Navalny bu informasiyalar əsasında Medvedevi “çoxsəviyyəli korrupsiya sixemi” yaratmaqda və “oliqarxlardan rüşvət almaqda” ittiham edir.

Onun sözlərinə görə, baş nazirin “bu sixeminə” minlərlə adam xidmət göstərir, onun əmlakını isə “dövlətə məxsus xüsusi xidmət qoruyur”.

İnterfaks agentliyinin məlumatına görə, Rusiya hökuməti Medvedevin əmlakı barədə bu informasiyaları şərh etməkdən boyun qaçırıb.

Baş nazirin mətbuat katibi Natalya Timakova məsələyə münasibət bildirməyi mənasızlıq adlandırıb və bunun “seçkiqabağı təbliğat xarakteri” daşıdığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG