Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:01

2016-cı ildə Rusiyada rüşvətxorluq 75% artıb


ABŞ dolları və Rusiya rublu
ABŞ dolları və Rusiya rublu

Rusiyada ödənilən rüşvətin orta həcmi 2016-cı ildə 75 faiz artaraq 328 min rubl təşkil edib. "Kommersant" qəzeti bunu Rusiya DİN İqtisadi təhlükəsizlik və korrupsiyayla mübarizə üzrə baş idarəsinin rəisi general-mayor Andrey Kurnosenko-ya istinadla yazıb.

Daha öncə Rusiya DİN 2015-ci ildə rüşvətin orta həcminin 188 min rubl olduğunu bildirmişdi. Bu barədə AzadlıqRadiosunun rus xidməti məqalə dərc edib.

MARTIN 26-NA ETİRAZ AKSİYALARI GÖZLƏNİR

Kurnosenko vurğulayıb ki, korrupsiya sxemləri daim dəyişir. Onun sözlərinə görə, məsafədən idarəetmə, şirkətin üçüncü şəxslərinə bağlı ofşorlar, müxtəlif elektron ödəmə sistemləri, rüşvətin qeyri-maddi xidmətlər şəklində ödənməsi kimi hallara get-gedə daha çox rast gəlinir.

Martın əvvəlində Aleksey Navalny-nın korrupsiya ilə mübarizə fondu baş nazir Dmitry Medvedevin bahalı daşınmaz əmlakı barədə araşdırmasını dərc edib. Navalny Rusiya hökumətinin başçısını xeyriyyə fondları əsasında qurulmuş "çoxsəviyyəli korrupsiya sxemi" yaratmaqda ittiham edib. Bu xeyriyyə fondlarını baş nazirin inanılmış adamları idarə edir. Bu məlumata nə Medvedev, nə də onun nümayəndələri münasibət bildiriblər. Bununla əlaqədar, Navalny öz tərəfdarlarını martın 26-da bütün Rusiyada etiraz aksiyaları keçirməyə çağırıb.

Navalny
Navalny

2016-cı ilin yekunlarına görə, Rusiya “Transparency International” (Beynəlxalq Şəffaflıq) təşkilatının korrupsiya qavrayışı indeksində 131-ci yeri tutub. Reytinq cədvəli cəmi 176 ölkəni əhatələyib.

QALAN 2 MİLYARD RUBL

Rusiya İnkişaf Partiyasının mərkəzi şurasının üzvü Vladislav Naganov-un sözlərinə görə, Baş Prokurorluğun məlumatında korrupsiyanın ölkə iqtisadiyyatına vurduğu zərər 44 milyard rubl həcmində göstərilib. Naganov qeyd edir ki, DİN rəsmisi bu rəqəmi səsləndirdiyi zaman gizli korrupsiyanın həcmini nəzərə almayıb.

"Hələ beş il öncə dərc edilən dəyərləndirmələrə görə, Rusiyada korrupsiyanın həcmi hələ o vaxtkı məzənnə ilə 300 milyard dollar idi. Çətin ki, indi vəziyyət yaxşılaşmış olsun", – o deyir. Onun sözlərinə görə, bu rəqəmə müraciət edilsə idi, rüşvətin orta həcmi daha yuxarı olardı.

"Cənab Kurnosenko "Kommersant" qəzetinə ötən il 19 min korrupsiya cinayətinin araşdırıldığını deyir. Rüşvətin orta həcminin 330 min rubl olduğunu nəzərə alsaq, onda 6 milyarddan bir az çox çıxır.

"Ancaq məsələn, cənab Kurnosenko-nun həmkarı cənab Zakharchenko-nun evində 8,5 milyard rubl aşkar edilib. O zaman sual yaranır: cənab Zakharchenko yerdə qalan iki milyard rublu haradan alıb? Yəni bu məbləğ ötən il bütün ölkədə verilmiş rüşvətin həcmindən çoxdur", – Transparency International - Rusiyanın" baş direktorunun müavini İlya Shumanov deyir.

İlya Shumanov, AzadlıqRadiosunun rus xidmətində korrupsiya ilə bağlı müzakirədə, mart 2017
İlya Shumanov, AzadlıqRadiosunun rus xidmətində korrupsiya ilə bağlı müzakirədə, mart 2017

“KOREYALILAR DA HEÇ NƏ EDƏ BİLMƏZDİLƏR”

"Çox istərdim ki, hakimiyyətə gənc texnokratlar, məmurluğun, büdcə pullarının nə olduğunu dəqiq bilən adamlar gəlsin. ...Cəmiyyət bu məsələlərə yetərincə dözümlü yanaşır. Təəssüf ki, dözməyə hazır olanların sayı müqavimət göstərməyə hazır olanlardan çoxdur", – o deyir.

"Bizdəki vəziyyət Koreyadakından nə ilə fərqlənir? Orada insanlar dözməyə öyrəşməyiblər. Orada da oxşar durum yaranmışdı. Prezidentlə bağlı fondlara daxil olan hansısa şübhəli pullardan söhbət gedirdi. Nəticədə orada impiçment elan etdilər. Buna qədərsə milyonlarla insan nümayişə çıxırdı. Bəs bizdə niyə milyonlarla insan nümayişə çıxmır? Bu, siyasi mədəniyyət məsələsidir. Siyasi mədəniyyətsə siyasi rejimdən yaranır... Koreyalılar burada olsaydılar, onlar da heç nə edə bilməzdilər", – Vladislav Naganov deyir.

"Məsələ ondadır ki, insanlar hüququ dərk etmirlər. İnsanlar ölkədə verginin kim tərəfindən ödənildiyini anlamırlar. Vergini işəgötürən ödəyir. Vətəndaş bir növ laqeyd, düşkün durumdadırlar. O deyir ki, mən "qara" maaş alacağam. Əsas odur, əlimə nə qədər pul gələcək. Onun dövlətə ödədiyi vergilərin miqdarı onu bir o qədər də narahat etmir. Büdcə pullarına da eyni münasibəti göstərir. İnsan bu pullardan başqa bir adamın təyinatdan kənar yararlanmasına çox sakit yanaşır.

Vətəndaş vergi agenti olan kimi, vergi bəyannaməsi dolduran an vətəndaşlıq, qanun anlayışı oyanır. İnsan anlayır ki, xərcləməli olduğu pulunu dövlətə keçirir və bu pulu dövlətdən tələb edə bilər. Ancaq nə qədər ki, işəgötürənin simasında başqa vergi agenti var, bu baş verməyəcək və bu proseslər sakitcə davam edəcək", – Ilya Shumanov deyir.

İNSANLARIN QANUN ANLAYIŞI

"Yabloko" partiyasının antikorrupsiya mərkəzinin eksperti Maksim Kruglov Rusiyada korrupsiyanın azalmamasını iki əsas amillə izah edir: korrupsiya səviyyəsinin azalmasına şərait yaradan institutların və siyasi mədəniyyətin olmaması. İnsanlarda hakimiyyətə təzyiq göstərmək vərdişinin olmaması isə xalqın demokratiya və Avropa dəyərlərinə uyğunlaşmamasından qaynaqlanır.

Maksim Kruglov, mart 2017
Maksim Kruglov, mart 2017

"Siyasi elitaya itaətkar xalq sərf edir, ona görə də onlar bunu qəsdən edirlər. Bu, şüurlu şəkildə televiziya vasitəsilə kultivasiya edilir. Seçkidə iştirak səviyyəsi bilərəkdən azaldılır. Vətəndaşlara deyirlər: ‘Yoldaşlar, sizdən heç nə asılı deyil. Siz heç nəyi dəyişə bilməzsiniz. Onsuz da bu adamlar hakimiyyətdə olacaqlar. Ona görə də, yaxşısı budur, öz işinizlə məşğul olun. Biz özümüz üçün, siz də özünüz üçün’. Bax, bu iki hissə birləşməincə... heç bir sistem, heç bir korrupsiya ilə mübarizə paradiqması görməyəcəyik. Yəni bunun üçün insanların qanun anlayışını dəyişmək lazımdır. Onları inandırmaq lazımdır ki, onlardan asılı olan şeylər var", – Kruglov deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG