Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:24

Rusiya Danimarka Müdafiə Nazirliyinin emaillərini sındırıb?


Danimarkanın müdafiə naziri rusiyalı hakerlərin nazirliyin e-mail hesablarına müdaxilə ilə bağlı hesabatına Moskvanın "aqresiv" davaranışını tənqid edib.

"Biz olduqca aqressiv Rusiyanı görürük. Rusiya bu sahədə müharibə aparmaqda davam edir" - Danimarkanın müdafiə naziri Claus Hjort Frederiksen yerli mediaya belə deyib.

***Buna da bax- 'Yahoo' məsələsi hakerlərin Kremllə əlbir olduğunu göstərir

"E-MAİLLƏRDƏ HƏRBİ SİRR OLMAYIB"

Danimarkanın Kiber Təhlükəsizlik Mərkəzinin aprelin 23-də yaydığı hesabatda deyilir ki, Kreml hakerləri 2015-ci ildə və ötən il müdafiə nazirliyinin əməkdaşlarının email-lərini sındırıb.

"E-maillərdə hər hansı hərbi sirr olmayıb, amma bu ciddi məsələdir" - Frederiksen bildirib. O əlavə edib ki, hakerlərin "kəşfiyyat xidmətləri və ya Rusiya hökumətinə" bağlılığı olub.

"HÜCUMU APT28 - HAKER QRUPU TƏŞKİL EDİB"

Hesabatda deyilir ki, hücumu APT28 (Pawn Storm, Sofacy and Fancy Bear) haker qrupu təşkil edilib. Bu qrup Rusiya hökuməti və təhlükəsizlik xidmətinə bağlıdır.

Qərb mediası yazır ki, Rusiya rəsmilərindən Danimarkanın iddiasına münasibət öyrənmək mümkün olmayıb.

***Buna da bax- ABŞ seçkilərinə müdaxilə planının müəllifləri bəlli olub​

Bəzi Qərb dövlətləri, eləcə də ABŞ, Fransa, Britaniya Rusiyanı seçkilər zamanı haker müdaxiləsində suçlayıb. Moskva bu iddiaları təkzib edir.

Birləşmiş Ştatların xüsusi xidmətləri Rusiyanın ABŞ-da ötən il keçirilmiş prezident seçkilərinə ehtimal olunan müdaxiləsini araşdırırlar. Yanvarda ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya prezidenti V.Putin seçki kampaniyasına təsir etmək və Trump-a kömək məqsədilə Demokratlar Partiyasına qarşı haker hücumları gerçəkləşdirmək tapşırığını verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG