Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:59

'Yahoo' məsələsi hakerlərin Kremllə əlbir olduğunu göstərir


Şübhəli rus hakerləri.

ABŞ-ın Baş Prokurorluğu «Yahoo»ya kiber hücumunda günahlandırılan rus rəsmilərinin adını açıqlayıb. Bunlar Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları – 33 yaşlı Dmitry Dokuchaev və onun rəisi, 43 yaşlı Igor Sushchin-dir. Rus mətbuatının yazdığına görə, D.Dokuchaev hələ keçən ilin dekabrında dövlətə xəyanətdə günahlandırılaraq həbs edilib.

«Reuters» agentliyi yazır ki, D.Dokuchaev «Yahoo» bilgilərini ələ keçirən hakerə – əslən Qazaxıstandan olan Kanada vətəndaşı 22 yaşlı Karim Baratov-a yardım edirmiş, e-mail-ləri açdığına görə onu mükafatlandırırmış. Hazırda Baratov da Kanadada həbsdədir. Onu Vaşinqtonun tələbiylə tutublar.

Buna da bax-'Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi...'

«Yahoo»ya hücumda günahlandırılan 4-cü şəxs də rusdur. «The New York Post» qəzeti 29 yaşlı Alexsey Belan-ın adının Federal Tədqiqatlar Bürosunun (FBI) axtarışda olan kibercinayətkarlar siyahısında olduğunu qeyd edir.

1 MİLYARDDAN ÇOX ADAMIN ŞƏXSİ BİLGİLƏRİNİ OĞURLAYIBLAR

«Yahoo» bu şəxsləri indiyədək qeydə alınmış ən genişmiqyaslı kiberhücumda – 1 milyarddan çox istifadəçisinin şəxsi bilgilərini oğurlamaqda günahlandırır. Hələ keçən ilin sonlarında, bilgilərin oğurlandığını açıqlayanda şirkət hücumları dövlət tərəfindən idarə olunan hakerlərin gerçəkləşdirdiyini güman etdiyini bildirmişdi. Çünki hücumçuların bilərəkdən müəyyən istifadəçi hesablarını hədəfə aldığı bəlli olmuşdu.

«Yeni ittiham aktı isə təklikdə fəaliyyət göstərən hakerlərin Moskvanın təhlükəsizlik xidmətləriylə simbioz bağlılığı haqda deyilənləri təsdiqləyir». «Reuters» belə yazır.

ABŞ rəsmiləri Rusiyanın müxtəlif ölkələrdən olan hakerləri pulla ələ aldığını, onlardan öz məqsədlərini gerçəkləşdirməkdən ötrü yararlandığını deyirdilər. Kibertəhlükəsizlik üzrə mütəxəssislərin fikrincə, belə hakerləri işlətmək Moskvaya sərf edir, çünki yeri gələndə hakerin başqa ölkədə yaşadığını əsas gətirərək, hücumda əli olduğunu inkar edə, həm də hakerlərlə bağlı qanunlardan qaça bilər.

Haker.
Haker.

FSB ABŞ-ın ittihamlarına, hələ ki, cavab verməyib.

«BİR-BİR GÖZDƏN İTƏCƏKLƏR»

Kibertəhlükəsizlik üzrə mütəxəssislərin dediyinə görə, əslində, Birləşmiş Ştatlar da cinayətkar hakerlərlə ara-sıra əməkdaşlıq edir – onlardan müxtəlif alətlər alır, ya da başqa hakerləri tutmaq üçün yararlanır. Amma Rusiya kibercinayətlə casusluğu birləşdirib. Bu da ABŞ-ı, eləcə də onun müttəfiqlərini hakerlərlə bağlı ehtiyatlı olmağa vadar edir. Bunları FBI-ın keçmiş kiberagenti, hazırda isə K2 kəşfiyyat xidmətində kibermüdafiə üzrə direktor vəzifəsində çalışan Milan Patel «Reuters»ə müsahibəsində deyib: «Bu adamlar bir-bir gözdən itər, sonra da onların Rusiyaya işlədiyini öyrənərsiziniz».

Buna da bax-VirtualRoad: Hakerlər Azərbaycan hökuməti ilə bağlıdırlar

Elə axtarışda olan Alexsey Belan-ı da tutmaq əvəzinə, görünür, işlətmək qərarına gəliblər. ABŞ-ın baş prokuror səlahiyyətlərini yerinə yetirən Mary McCord deyib ki, FSB rəsmiləri ondan «Yahoo» şəbəkəsini qırmaqdan ötrü yararlanıblar.

Agentlik FSB agenti D.Dokuchaev-in keçən ilin dekabrında, Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi haqda ittihamlar irəli sürüləndə tutulduğunu xatırladır.

Konqresin komitələri isə ruslarla prezident Donald Trump-ın ətrafındakıların əlaqəsini araşdırmaqdadır. Və Baş Prokurorluğun hakerlər haqda ittihamnamələri onların diqqətini cəlb edib. Senatın Kəşfiyyat Komitəsindən demokrat John Warner deyib ki, ittihamnamə Rusiya hökumətiylə kibercinayət aləminin bağlılığını aşkara çıxarıb və bu hadisə komitənin rusların seçkiyə müdaxiləsiylə bağlı araşdırmasının çətinliyini, eyni zamanda zəruriliyini vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG