Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 07:20

Rusiya ‘Facebook’da Trump-ı necə reklam edib


Rusiyanın troll fabriki
Rusiyanın troll fabriki

ABŞ-da ötən ilki prezident seçkisi zamanı Rusiya əməliyyatçılarının "Facebook"da aldığı reklamlarda respublikaçıların namizədi Donald Trump fəal təbliğ olunub.

ABŞ mediasının yazdığına görə, onun antiimmiqrasiya kampaniyası və digər mühafizəkar yanaşmaları təbliğ edilirmiş.

Bu reklamların çoxunu "Facebook" silib. Sosial şəbəkə ötən həftə bildirib ki, Rusiya təşkilatlarına bağlılığı aşkarlanan hesablar bağlanıb. Həmin hesablar seçki kampaniyası dövründə immiqrasiya və LBGT kimi məsələlərlə bağlı reklam aparırmış.

Buna da bax:​ RT: ABŞ filialının ‘xarici agent’ kimi qeydiyyatdan keçilməsi tələb olunur

“BuzzFeed” saytı bildirir ki, “ad çıxarmış Sankt Peterburq troll fabriki”nin yerləşdirdiyi reklamlardan bəzilərini əldə edə bilib. Onların fəal şəkildə Trump və platformasını təbliğ etdiyi, Trump-ın liberal opponentlərini ələ saldığı və pislədiyi üzə çıxıb.

TRUMP-IN SİYASƏTİ TƏBLİĞ OLUNUB

Reklamlardan birində Trump-ın təkrarladığı bir iddia təbliğ olunub. O deyirdi ki, 2008-ci il seçkisində 5 milyondan çox qanunsuz miqrant səs verib, bu cür qanunsuz səsvermənin qəbuledilməzliyi fikriylə razılaşanları bu reklamı bəyənməyə çağırıblar.

“BuzzFeed”in əldə etdiyi digər reklamda oxuculardan xahiş olunur ki, Trump-ın bir qərarıyla razıdırlarsa, reklamı bəyənsinlər. Trump deyirdi ki, prezident olarsa, Ağ evdə Ramazan bayramının bitməsinin bayram edilməsi ənənəsinə son qoyacaq.

Buna da bax: FTB Rusiyanın Sputnik xəbər agentliyinin müxbirini dindirib

Digər reklamlarda Trump-ın ABŞ-la Meksika arasında divar çəkmək təklifi reklam olunurdu. Latın Amerikasındakı qanunsuz mühacirlər adam zorlayan və cinayətkarlar adlandırılırdı. Trump seçki kampaniyası zamanı bu ittihamı tez-tez səsləndirirdi.

“Reuters”in yazdığına görə, reklamlardan birində 2016-cı ilin avqustunda Aydaho şəhərində mühacirlərə qarşı yürüş təbliğ olunub. Onda noyabr seçkisinə üçcə ay qalırdı. "Facebook"da 48 nəfər yürüşə qatılmaqda maraqlı olduğunu deyib, dörd nəfərsə getdiyini yazıb.

“FACEBOOK”a XAHİŞ

Reklamlarım Trump-ı təbliğ etməsi üzə çıxandan sonra Vaşinqtonda mənzillənən, seçkilərdə şəffaflığı təbliğ edən “Campaign Legal Center” qeyri-kommersiya təşkilatı "Facebook" rəhbəri Mark Zuckerberg-ə məktub göndərdiyini açıqlayıb. Məktubda şirkətdən xahiş olunur ki, Rusiyaya bağlılığı iddia olunan reklamların məzmununu ictimaiyyətə açıqlasın.

Buna da bax:​ Trump-ın oğlu Rusiya ilə sövdələşməyə girmədiyini deyir

“Bu reklamları açıqlamaq demokratiyamıza xarici təsirin xarakterini və miqyasını daha yaxşı anlamağa kömək edər”, – mərkəzin prezidenti Trevor Potter yazıb.

Ancaq "Facebook" cavab məktubunda bildirib ki, “federal qanunvericilik və gedən təhqiqatlar bizim ictimaiyyətə açıqlaya bildiyimiz informasiyanı məhdudlaşdırır”, – “Reuters” yazıb.

Şirkət reklamlar barədə informasiyanı Ədliyyə Departamentinə və konqres komitələrinə təqdim etdiyini bildirib. Bu qurumlar Rusiyanın ötənilki seçkiyə iddia olunan müdaxiləsini araşdırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG