Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:25

Trump-ın oğlu Rusiya ilə sövdələşməyə girmədiyini deyir


Oğul Donald Trump
Oğul Donald Trump

Amerika mediasının xəbərlərinə görə, ABŞ prezidenti Donald Trump-ın böyük oğlu Senat təhqiqatçılarına deyib ki, o 2016-cı ildə rusiyalı vəkillə, onda atasının demokrat rəqibi Hillary Clinton haqqında ziyanlı informasiyanın olduğuna əmin olmaq məqsədilə görüşüb.

Oğul Donald Trump sentyabrın 7-də təhqiqatçılara deyib ki, o vaxt Trump Tower otelində aparılan danışıqlardan heç nə hasil olmayıb və onun Rusiya hökumətinin 2016-cı il ABŞ prezidenti seçkisinə müdaxilə cəhdləri ilə heç bir əlaqəsi yoxdur.

The New York Times bu məlumatları oğul Trump-ın Senatın Ədliyyə Komitəsinin qapalı iclasındatəqdim etmək üçün əvvəlcədən hazırladığı izahata əsasən verib.

Oğul Trump deyib ki, o rusiyalı vəkil Natalya Veselnitskayada Clinton kampaniyası üçün ziyanlı informasiyanın olduğunu eşidəndə əvvəlcə nə etməli olduğunu bilməyib.

O bildirib ki, belə bir informasiya onu maraqlandırsa da, əvvəlcə vəkilləri ilə Veselnitskayanın verdiyi informasiyadan istifadənin legitimliyi barədə məsləhətləşmək istəyib.

İyulda verilən media xəbərlərində deyilirdi ki, oğul Donald Trump, prezident Trump-ın kürəkəni Jared Kushner və seçki kampaniyasının ovaxtkı rəhbəri Paul Manafort-un 2016-cı il iyunun 9-da Nyu Yorkdakı Trump Tower otelində keçirdikləri görüş Trump kampaniyası ilə Kremlə bağlı şəxslər arasında əlaqələndirmənin olduğuna dair suallar yaradıb.

Prezidentin oğlu bu görüş barədə əvvəlcə bir-birindən fərqli bəyanatlar versə də, nəhayət Rusiyalı vəkilin Clinton haqqında informasiyaya malik olması barədə e-mail aldığını etiraf edib.

Oğul Trump deyib ki, o Veselnitskayadakı informasiyanın namizəd Clinton-un vəzifəyə uyğunluğu, xarakteri və keyfiyyətləri barədə olduğunu düşünüb.

ABŞ mediası xəbər verir ki, oğul Donald Trump yazılı bəyanatını oxuduqdan sonra 5 saata yaxın Senat təhqiqatçılarının sualalrına cavab verib.

Senatdakı sessiyadan sonra oğul Trump Tvitterdə yazıb: “Mən bu gün Senatın Ədliyyə Komitəsi ilə görüşdüm. Mən onlara peşəkarlıqlarına və xoş məramlarına görə təşəkkürümü bildirirəm”.

O daha sonra yazıb ki, Senatda ondan soruşulan bütün suallara cavab verib.

Oğul Donald Trump-ın habelə Senatın Kəşfiyyat Komitəsinin qarşısında ifadə verəcəyi gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG