Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

FTB Rusiyanın Sputnik xəbər agentliyinin müxbirini dindirib


Sputnikin keçmiş Ağ Ev müxbiri Andrew Feinberg
Sputnikin keçmiş Ağ Ev müxbiri Andrew Feinberg

FTB bu yaxınlarda Rusiyanın Sputnik xəbər agentliyinin Ağ Ev müxbirini Rusiyanın 2016-cı il ABŞ seçkisinə iddia olunan müdaxuiləsi ilə əlaqədar dindirib.

Sputnik agentliyindən may ayında qovulmuş Andrew Feinberg sentyabrın 11-də AzadlıqRadiosuna deyib ki, o, sentyabrın 1-də Ədliyyə Nazirliyinin müstəntiqi və FTB xəfiyyəsi tərəfindən 2 saatdan çox müddətdə sorğu-sual edilib. Feinberg bunu da bildirib ki, içərisndə Sputnik agentliyində işlədiyi beş ay müddətinə aid emaillər olan USB yaddaşını rəsmilərə verib.

Müxbir dindirilməsinin könüllü baş verdiyini və sualların Sputnikin daxili əməliyyatları ilə bağlı olduğunu söyləyib.

Feinberg-in Sputnik agentliyinin ABŞ-ın xarici agentlərlə bağlı qanununu pozub-pozmamasının araşdırılması çərçivəsində dindirildiyi barədə ilk xəbəri Yahoo News yayıb.

Ədliyyə Nazirliyi bu barədə heç bir şərh vermək istəməyib.

2014-cü ildə Rusiya hökumətinin maliyyələşdirdiyi Rossiya Segodnya xəbər qrupunun tərkibində yaradılmış Sputnik, radio verilişləri ilə efirə çıxır və 30 xarici dildə internet saytına malikdir.

Feinberg AzadlıqRadiosuna deyib ki, dindirmə zamanı ondan Sputnik agentliyində redaksiya qərarlarının necə qəbul edilməsi barədə soruşulub. Müxbir habelə RIA Novosti agentliyi barədə suallara da cavab verməli olub.

Feinberg hələ avqust ayında Politico saytı üçün yazdığı təfərrüatlı məqalədə Sputnik-in Xarici Agentlər Haqqında ABŞ Qanununa uyğun olaraq “xarici agent” kimi qeydiyyatdan keçirilməsinə tərəfdar olduğunu bildirib.

O izah edib ki, bu qanuna əsasən yalnız bona-fide - xoş məramlı xarici media qurumları qeydiyyatsız fəaliyyət göstərə bilər. Hazırda bunlara Al Jazeera, BBC və Agence France Presse (AFP) kimi qurumlar aiddir.

Feinberg əlavə edib ki, Rusiya hökumətinin maliyyələşdirməsində və nəzarətində olan Sputnik və RT kimi qurumlar ABŞ-da xarici agent statusunda qeydiyyatdan keçməlidir.

Sputnik agentliyinin ABŞ əməliyyatlarına başçılıq edən baş redaktor Mindia Gavasheli deyib ki, o keçmiş əməkdaşın FTB tərəfindən dindirildiyi barədə məlumata malik olmayıb. Gavasheli Sputnik agentliyinin ABŞ da qeydiyyatdan keçməli olduğu barədə iddiaları rədd edib.

Moskvada həm Rossiya Segodnya agentliyinin, həm də RT peyk televiziyasının baş direktoru olan Marqarita Simonyan deyib ki, bu hərəkətlərə görə Rusiyadakı ABŞ media nümayəndəliklərinə qarşı cavab tədbirləri görüləcək.

O müxbirin FTB tərəfindən dindirilməsini ifadə azadlığının pozulması adlandırıb.

ABŞ rəsmiləri inanırlar ki, həm Sputnik, həm də Russia Today Kremlin platforması rolunda seçki kampaniyasının təsirləndirilməsinə “töhfə veriblər”.

Bu iki media qurumu beynəlxalq auditoriyanı inandırmağa çalışırdı ki, ABŞ mediası Donald Trump-ı ədalətsiz olaraq hədəfləyir.

Bu yayın əvvəllərindən Sputnik radiosuna Vaşinqton ərazisində FM dalğasında yayın icazəsi verilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG