Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:29

'Rusiya əvvəllər olduğu kimi yenə də...' -media icmalı


Azərbaycanın işğal altında olan ərazisi
Azərbaycanın işğal altında olan ərazisi

Ümumi Daxili Məhsulda artım, bank faizlərini aşağı salmağın yolları, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən müzakirələr və başqa məsələlər medianın aparıcı mövzualrındandır...

“Rəqabət yolu”

“Yeni Müsavat” qəzeti-ndə “İqtisadçı: Bank sektorunda islahatlar daha çox rəqabətin gücləndirilməsi istiqamətində olmalıdır” sərlövhəli yazı oxumaq olar.

Müəllif bank sektorundakı vəziyyəti iqtisadçı-ekspert Vüqar Bayramovla təhlil edib.

Vüqar Bayramov, Bakı, 1 oktyabr 2009
Vüqar Bayramov, Bakı, 1 oktyabr 2009

Yazıda bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə faiz dərəcəsinin yüksək olduğunu bildirib və bunu aşağı salmağı təklif edib.

“Ümumiyyətlə, banklar qarşısında hər hansı bir məhdudiyyət qoymaq doğrudurmu və bu cür nizamlanma nə qədər məqsədəuyğun ola bilər?”,müəllif sual edir.

İqtisadçı-ekspert Vüqar Bayramov “Yeni Müsavat”a deyib ki, son iki ildə manatın məzənnəsi sabitləşsə də kommersiya banklarının kredit faizlərində nəinki ciddi, ümumiyyətlə, azalma müşahidə edilməyib:

“Halbuki depozit faizlərində kifayət qədər azalmalar var. Azərbaycanda kredit portfelinin həcminin 12 mlrd. manat, depozit portfelinin həcminin isə 8 milyard manatdır. Bu isə o deməkdir ki, banklar praktik olaraq hazırda təklif etdiyi kredit faizlərini vətəndaşlardan alır. Yəni, bankların təklif etdiyi hər 100 manatın 66 manatı depozit formasında vətəndaşlardan alınır. Banklar depozit formasında daha aşağı faizlə aldıqlarını kredit formasında vətəndaşa daha yuxarı faizlə təqdim edirlər”.

Amma ekspert inzibati müdaxilə formasında faiz azalmalarına nail olmağı doğru saymır və hesab edir ki, bank faizlərinin aşağı düşməsi rəqabət yoluyla baş verməlidir. V.Bayramova görə, bank sektorunda rəqabət gücləndirilsə, bu yol faizlərin daha uzunmüddətli dövrdə aşağı düşməsinə gətirib çıxaracaq.

“Ermənistan-Azərbaycan münaqişəsi yaxın vaxtlarda “ölü nöqtə”dən tərpənməyəcək”

İqbal Ağazadə, Bakı, 25 fevral 2010
İqbal Ağazadə, Bakı, 25 fevral 2010

“Moderator.az” saytı-nda “Qarabağ problemi yaxın gələcəkdə “ölü nöqtə”dən tərpənməyəcək, çünki...” sərlövhıəli yazı yer alıb.

Yazıda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqları keçmiş deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə dəyərləndirib.

Onun fikrincə, indiki məqamda optimist olmağa əsas yoxdur. Qarabağ probleminin yaxın gələcəkdə həllinin inandırıcı görünmədiyini bildirən partiya sədrinin sözlərinə görə, Rusiya əvvəllər olduğu kimi yenə də problemin həllində maraqlı görünmür:

“Baş verənlərin Qarabağ probleminə heç bir təsiri olmayacaq. Ermənistan-Azərbaycan münaqişəsi yaxın vaxtlarda “ölü nöqtə”dən tərpənməyəcək. Bunun üçün heç bir əsas yoxdur. Hesab edirəm ki, Rusiya konfiliktin bu mərhələdə yerini, müstəvisini dəyişməyə imkan verməyəcək. Ona görə də bu danışıqların hamısını protokol danışıqları hesab edirəm”.
Partiya sədri düşünmür ki, aparılan danışıqlar tezliklə problemin real həllinə gətirib çıxaracaq.

“3 faiz artım”

1 manat
1 manat

“Azərbaycan” qəzeti-ndə isə “3 ayda 3 faiz artım” sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, 2016-cı ildən Azərbaycan iqtisadiyyatında başladılan yeni iqtisadi islahatların nəticəsi getdikcə daha dərindən hiss olunmaqdadır:

“Artıq ötən il ümumi daxili məhsulun 1,4, qeyri-neft sektorunun 1,8, sənaye istehsalının 1,5, kənd təsərrüfatının isə 4,6 faiz artması iqtisadiyyatın şaxələndirilməsi, istehsalın və ixracın stimullaşdırılması ilə bağlı prezident İlham Əliyevin imzaladığı... sərəncamların uğurla icrasının nəticəsi idi”.

​İqtisadi inkişafın bu il də davam etməkdə olduğunu vurğulayan müəllifə görə, bu ilin ilk üç ayının göstəriciləri iqtisadi artımda kifayət qədər sanballı nəticələrin əldə edildiyini göstərir:

“Belə ki, 2019-cu ilin yanvar-mart aylarında ölkədə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib... Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub. Əhalinin gəlirlərinin artım tempi isə inflyasiyanı dəfələrlə üstələyib”.

arxiv foto
arxiv foto

​Yazıda qeyd olunur ki, islahatlar əsasən qeyri-neft sektorunun inkişafına təkan verib və 2019-cu ilin yanvar-mart aylarında qeyri-neft sahəsində 11,5 milyard manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb.

“Ən əsası, əgər gələcəkdə də neftin qiymətində kəskin azalmalar baş versə, bu, Azərbaycan iqtisadiyyatına mənfi təsir edə bilməz. Çünki bu gün ölkəmizdə iqtisadi inkişaf əsasən neftdən asılı olmayan istiqamətlərin üzərində köklənib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG