Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:43

Lavrov danışıqlar masasında ‘Rusiya təklifləri’nin olduğunu deyir


(soldan) Zöhrab Mnatsakanyan, Sergey Lavrov və Elmar Məmmədyarov Moskva görüşündə
(soldan) Zöhrab Mnatsakanyan, Sergey Lavrov və Elmar Məmmədyarov Moskva görüşündə

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında Rusiya tərəfinin 2016-cı ildə irəli sürdüyü təkliflərin olduğunu deyib. Bunu AzadlıqRadiosu-nun erməni xidməti yazır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 15-də Moskvada ermənistanlı həmkarı ilə danışıqlardan sonra demişdi ki, onlar 2016-cı ilin təkliflərini müzakirə edirlər.

Əlavə deyəcək bir sözüm yoxdur”, – Moskvada serbiyalı həmkarı ilə birgə mətbuat konfransında Lavrov azərbaycanlı jurnalistin sualını belə cavablandırıb. O sözügedən təkliflərin detallarının konfidensial saxlandığını vurğulayıb.

Moskva danışıqları
Moskva danışıqları

Lavrovun sözlərinə görə, bu təkliflərin mahiyyətinə gəlincə, onlar həmsədr ölkələrin başçılarının çoxsaylı bəyanatlarında ifadə olunan yanaşmalar əsasında aparılır. Onlar təklif ediblər ki, tərəflər ərazi bütövlüyü, xalqların öz müqəddəratını müəyyənləşdirməsi və gücdən istifadə etməmək prinsiplərini əsas götürərək öz aralarında razılığa gəlsinlər.

Rusiya XİN başçısı jurnalistləri hazırda danışıqlar masasında hansı prinsiplərin olduğunu anlamaq üçün həmsədr ölkə başçılarının bəyanatları ilə tanış olmağa çağırıb. O, özəlliklə ötən il ATƏT-in xarici işlər nazirləri Şurasının iclasında qəbul olunmuş bəyanatı misal çəkib.

Lavrov onu da deyib ki, Yerevanla Bakının humanitar sahədə əldə olunmuş razılaşmaların gerçəkləşməsində maraqları olduğunu güman etməyə əsasları var.

Xatırlatma

Aprelin 15-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak ediblər.

Elmar Məmmədyarov demişdi ki, görüşdə həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləri səsləndirilib. “Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”, – nazir vurğulamışdı.

XİN-in məlumatına görə, görüşdə erməni və azərbaycanlı jurnalistlərin Yerevana, Bakıya, Dağlıq Qarabağa səfərləri, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması, münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Bölgədə hərbi münaqişələr baş verib. 1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG