Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:59

'Təkərlər, güzgülər quraşdırılacaq. İstehsal adı ilə...'


N.Cəfərli
N.Cəfərli

«Azərbaycanda avtomobillər istehsal olunmur. Onlar demək olar ki, ölkəyə hazır gətirilir, sonra zavodda onların təkərləri, güzgüləri bağlanılır və «avtomobili istehsal etdik» adı ilə satışa çıxarılır. Avtobusları da həmin aqibət gözləyir».

Bunu iqtisadçı Natiq Cəfərli bu gün, aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməlqoyma mərasimi ilə bağlı deyib. O hesab edir ki, avtomobillərin istehsalı praktikası ölkə iqtisadiyyatına uğur gətirməyib, avtobusların istehsalının da perspektivi yoxdur.

«Ölkədən böyük həcmdə valyutanın İrana getməsi...»

İqtisadçının vurğulamasına görə, dünya praktikasında avtomobil zavodu açmaq istəyən ölkələrdə ilkin olaraq baza hazırlanır:

«Yəni, həmin avtomobillərin ən azı 25 faiz detalı həmin ölkədə istehsal olunsun. Azərbaycanda da proses belə getməli, detalların istehsalı üçün kiçik və orta müəssisələrin hazırlanmasına start verilməli idi. Nə qədər ki, bu mexanizmə keçid olunmayıb, Azərbaycanda avtomobillə bağlı istənilən yatırım büdcə pulların göyə sovurulması ilə nəticələnəcək. O cümlədən də avtobus zavodu ilə bağlı verilmiş qərar eyni məntiqlədir. Yenə də hazır avtobus gətiriləcək, burda təkərlər, güzgülər və kreslolar quraşdırılacaq, sonra da istehsal adı ilə bazara çıxarılacaq. Bu da ölkədən kifayət qədər böyük həcmdə valyutanın İrana getməsinə səbəb olacaq. Çünki avtobusların alıcısı dövlət müəssisələri olacaq».

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda avtomobillərin və avtobusların yığılması rentabelli deyil: «Ölkədə avtomobillərin yığılması qərarlarının verilməsi dolayısı büdcəyə ikiqat ziyan vurur. Çünki zavodların tikilməsinə, avadanlıqların alınmasına dövlət büdcəsindən vəsait ayrılır – «Xəzər» Avtomobil Zavoduna təqribən 16 milyon pul xərclənib, sonra orada yığılan avtomobillərin detalların alınması üçün xarici valyuta xərclənir. Həmin valyutanın mənbəsi isə satışdan gələn gəlir deyil. Çünki satışın böyük bir hissəsi, təqribən 80 faizdən yuxarısı dövlət idarələrinə olur. Yəni, dövlət büdcəsindən dövlət idarələrinə vəsait ayrılır və onlar həmin pulla maşınları alır. Bu yaxınlarda Dini İşlər üzrə Dövlət Komitəsi 400 yaxın maşın alıb və din xadimlərinə pay verib...».

Xatırlatma

Bu, zavod Azərbaycanda ilk avtobus istehsal edən müəssisə olmalıdır. 2010-cu ildə Naxçıvan Avtomobil Zavodunda (NAZ) Çindən gətirilən detallardan «NAZ-Lifan» avtomobillərin istehsalına başlanıb. Sonradan həmin zavodda istehsalın aşağı düşdüyü açıqlanıb.

2018-ci ildə isə Neftçalada İranla birgə «Xəzər» Avtomobil Zavodunun açılışı olub. Onun da detallarının xarici ölkələrdən gətirildiyi bildirilir.

Azərbaycan rəsmiləri isə bu sahədə tənqidləri qəbul etmir. Onlar bu müəssisələrin ölkəyə ziyan gətirməsi kimi fikirləri bölüşmürlər, əksinə, bütün bunlarla yeni iş yerlərinin açıldığını bəyan edirlər.

Üstəlik, onların fikrincə, yeni açılan avtomobil müəssisələri ölkədə sənayenin və o cümlədən qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

Naz-Lifan sürücüsü: "Prezidentin bu maşından xəbəri yoxdur"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG